ZƏLZƏLƏ- lər bizə nə demək istəyir???

 

Dünyada baş verən hadisələrə fikir verdikdə görərik ki, son zamanlar baş verən  zəlzələlərin sayı həddindən artıq çoxalıb.

Bu isə  bir daha Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) həqiqi peyğəmbər olmasının bütün dünyada təsdiqidir. Necə ki,  Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) 14 əsr bundan əvvəl demişdi ki, zəlzələlər çoxalmayıncaya qədər Qiyamət qopmaz. Son zamanlarda fikir versəniz doğurdan da özünüz bunun şahidi olarsınız. Sələmə ibn Nufeyl (Allah ondan razı olsun)  rəvayət edir ki, biz Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)  ətrafında oturmuşduq, o söhbət edirdi və buyurdu ki,  son zamanlarda zəlzələlər ili olacaqdır.

Zəlzələlər öz dərəcələrinə görə fərqlənirlər. Allahın bizə xəbər verdiyi kimi Qiyamət günü olacaq zəlzələ ən şiddətli zəlzələ olacaqdır. Bu o deməkdir ki, günümüzdə  baş verən zəlzələlər həmin Gün baş verəcək zəlzələnin yanında çox adi bir haldır. Halbuki, günümüzdə baş verəcək zəlzələlər zamanı evlər dağılır, uçurum altında qalıb yaralananlar və ölənlər olur. Sağ qalanlar isə qorxu içində qalırlar.

Ardını oxu »

«İnternet»-dən xeyirin üçün istifadə et!

Həsrətlə valideyinlərinin sənə təzə «notebook» və ya yeni marka telefon alacaqlarını gözləyirsən?!Bəs sən bu əşyaları nə məqsədlə aldığın haqda heç düşünmüsənmi?İslam prizmasından bu və ya digər məişət əşyalarının istifadə qaydalarından heç xəbərin varmı?

Günümüzün ən məşhur elmi nəaliyyətlərindən olan internet hansı məqsədlə istifadə edilməsindən asılı olaraq, həm xeyirə, həm də şərə qapı aça bilər. Bu isə onu işlədən şəxsin niyyətindən asılıdır. Misal üçün, saatlarla kompyuterin arxasında internet vasitəsilə müxtəlif faydasız saytlara daxil olub vaxtını boş yerə zay etmək. Sonra addım-addım günahlara yaxınlaşaraq, öz gözündə onları halallaşdırmaq, sonra isə haramlara uyaraq, daha da dəhşətlisi onları adət halına salmaq. . .

Bil ki, sənə xeyiri olmayan müxtəlif faydasız saytlar əvvəldə təkcə vaxtını hədər edirsə, tədricən onlara uyan insanı şeytan haramları gözündə gözəl göstərməklə günahlara yaxınlaşmağa — musiqi dinləməyə, əxlaqsız saytlara daxil olmağa və naməhrəmlərlə ünsiyyətə vadar edir.

Həmçinin mühüm məsələlərdən olan, «internet» vasitəsilə naməhrəmlərin ünsiyyət qurmasını da,qeyd etmək lap yerinə düşərdi.

Uca Allah Öz Kitabında belə buyurmaqdadır:

Ardını oxu »

SƏHABƏLƏRİN FƏZİLƏTİ

 

Uca Allah bizə verdiyi ən əzəmətli nemət İslam dinidir. O din ki, Allah qullarının hamısını o dində görmək istəyir. Uca Allah buyurur: 

 “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”.  (Maidə, 3)

Bu o dindir ki Uca Allah bundan başqa bir yolu qəbul etmir. Necə ki, buyurur:  

“İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85)

Allah bu dini təbliğ etməsi üçün razı qaldığı qulu olan Muhəmmədi (Allahın ona salavat və salamı olsun) seçdi. O (Allahın ona salavat və salamı olsun) da risaləti bizə lazımınca çatdırdı, boynunda olan əmanəti layiqincə qaytardı, ölənə qədər də Allahın dini üçün haqqı ilə çalışdı. Nə xeyir varsa bizi ona yönəltdi, nə pislik varsa bizi ondan çəkindirdi. 

Ardını oxu »

QƏDƏRİ İNKAR EDƏNLƏR-ə rəddiyyə


Qədər mövzusunda bu cür çaşqınlığa düşüb, batil etiqada yönələnlər Qədəriyyə firqəsidir və bəzi digər firqələr də “Qədər” mövzusunda onlara müvafiq olmuşdur. Qədəriyyə firqəsi Cibriyyə firqəsinin (İnsanın Qədərə tabe olub, əməlləri məcbur etdiyini iddia edənlər) tam əksidir. 

Qədəri inkar edənlər səhabə dönəminin sonuna yaxın ortaya çıxmışdır. Bu firqənin yaradıcısı Məbəd ibn Xalid əl-Cuhəni olmuşdur. O qədəri ixtiyar ilə əvəz etmiş və Quranın məxluq olduğunu söyləmişdir. O, Əməvi xəlifələrindən olan AbdulMəlik İbn Mərvan dövründə, Həccac tərəfindən öldürülmüşdür. Cuhəniyə bu məsələdə Mötəzilə alimlərindən olan Amr ibn Ubeydin böyük təsiri olmuşdur. 

Bu firqə mənsubları əsasən qədəri düşüncələrdən çox, siyasi fikirlərə meyl etmişdirlər. Necə ki, Cuhəninin öldürülməsinə səbəb  qədər mövzusundakı çaşqınlığı deyil, məhz Əməvilərə qarşı başlanılan siyasi üsyana qatılması səbəb olmuşdur.

Bu batil etiqadı Cuhəninin vəfatından sonra onun tələbəsi olan Ğeylan ibn Muslim əd-Dəməşqi təbliğ etməyə başladı. O da Hişəm ibn AbdulMəlik tərəfindən öncə dili, sonra isə başı kəsilərək edam edildi. 

Qədər mövzusunda Qədəriyyəlilərə digər batil firqələr olan- Mötəzilə, Cəhmiyyə, Rafizilər və s. müvafiq olmuşdur. 

Ardını oxu »

Üz Örpəyi. Stereotipləri sındırın!!!

Üz örpəyi, niqab, duvaq, rübənd, yaşmaq, burqa…Fərqli mədəniyyətlərdə müxtəlif adlara malik olan bu geyim növünün adı kimi özünə də münasibət birmənalı deyil. Niqab sözü deşik, yarıq açmaq mənasını ifadə edən Ərəbcə “nəqəbə”felindən törəmişdir. İslam nöqteyi nəzərindən qadının üzünün örtülməsini təmin edən geyim hissəsidir. Fiqhi hökmünün vacib yaxud müstəhəb olmasına dair alimlər arasında fikir ayrılığı olsa da, (yazıda məsələnin bu yönünə toxunulmayacaq), istənilən halda, o Islam dinində yüksək qiymətləndirilir. Buna baxmayaraq, hətta müsəlmanlar arasında da üz örpəyinə münasibət həmişə müsbət deyil, müxtəlif stereotiplərlə müşayət olunur. Allahın iznilə onlardan bir neçəsinə aydınlıq gətirmək yerinə düşərdi:

 

Stereotip 1. İslamda üz örpəyi yoxdur, təriqətçilər tərəfindən sonradan uydurulub.

Subyektiv maraqlar fonunda bu kimi iddialar bir çoxları tərəfindən dəstəklənsə də, əslində onun təkzibi üçün təkcə aşağıdakı ayə kifayətdir:

«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarna de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. » (Quran, Əzhab, 59)

 

Ardını oxu »

Allaha təvəkkül etmək necə olmalıdır?

 

وَتَوَكَّلْ عَلَى اللَّهِ وَكَفَى بِاللَّهِ وَكِيلاً 

Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər! əl-Əhzab,3

 

Həqiqətən bir qul üçün öz Rəbbinə təvəkkül etməsi kifayət edər. Buna görə öz taleyini Uca Allaha həvalə et! O bütün işlərini ən gözəl şəkildə səhmana salar. 

 

Uca Allah öz qullarına nə fayda verəcəyini insanlardan yaxşı bilir və onlara yaxşılığı onların özlərindən daha çox edir. O öz qullarına valideynin öz övladına qarşı olan rəhmətindən də Rəhmlidir, O onları, xususən Öz seçilmiş mömin qullarını  heç kəsin sevmədiyi sevgi ilə, daha çox sevir. O Öz mömin qullarını görünən və görünməyən nemətlərlə bürüyür. Elə ona görə də Allah qullarına öz talelərini yalnız  Ona həvalə etmələrini əmr etmiş, onların işlərini ən gözəl şəkildə səhmana salacağını vəd etmişdir.

Ardını oxu »

Aişə (Allah ondan razı olsun)- möminlərin anası

 

O, Əbu Bəkr əs-Sıddiqin qızıdır. Anası, Amir bint Uveymirin qızı Ümmü Ruman el-Kinaniyyədir.

Aişə bint Əbu Bəkr əl-Siddiq  Peyğəmbərlə  (səllallahu aleyhi və səlləm) Peyğəmbərliyin 10-cu ilində Şəvval ayında evlənmişdir, 620-ci ildə. Peyğəmbərin  (sallallahu aleyhi və səlləm) yeganə bakirə zövcəsi idi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dünyadan köçdüyü zaman onun 18 yaşı var idi. Peyğəmbərin  (səllallahu aleyhi və səlləm) zövcələri onun ölümündən sonra ömürlərinin sonuna qədər heç bir kimsə ilə evlənməmişlər.Aişə (radiyallahu anhə), Peyğəmbərdən (səllallahu aleyhi və səlləm), atasından, Ömər (radiyallahu anhu), Həmzə ibn Ömər əl-Əsləmidən, Sad ibn Əbi Vaqqasdan rəvayət etmişdir.

Ondan rəvayət edənlər bunlardır:

Səhabələrdən: Amr ibn As (radiyallahu anhu), Əbu Musa əl-Əşari (radiyallahu anhu), Zeyd ibn Xalid əl-Cüheni (radiyallahu anhu), Əbu Hüreyrə (radiyallahu anhu), Abdullah ibn Ömər (radiyallahu anhu), Rəbiyə ibn Əmr əl-Cirşi (radiyallahu anhu), İbni Abbas (radiyallahu anhu).

Qohumlarından: Ümmü Gülsüm, süd qardaşı Avf İbni Hars, bacısının iki oğulu əl-Qasim və Abdullah, Məhəmməd b. Əbi Bəkrin iki oğulu və başqaları.

Təbiindən: Səid ibn əl-Müseyyib, Abdullah ibn Amir İbni Rəbiyə, Safiyye bint  Şeybe, Urve, əş-Şabi, Əta, Mücahid, İkrime, Muaza əl-Adəviyye,Nafi, İbn Məsud və daha başqaları.

Aişəyə (radıyallahu anhə) aid bəzi hədislər:

Ardını oxu »

Şeyx Albanidən xatirələr


Şeyx Albaniyə İbn Bəzzin vəfat etdiyini söylədikdə…


Böyük muhəddis şeyx Albaninin (rahiməhullah) sevimli tələbəsi Əli Həsən əl-Hələbi xatırlayır:

— Küləkli hava idi, şeyximə İbn Bəzzin vəfat etdiyi xəbərini çatdırdım. Şeyx Albani (rahiməhullah) bu xəbəri eşitdikdə gözləri yaşardı və dərində ah çəkərək dedi:

— İnnə lilləhi və innə ileyhi raciun, Allahummə’curni fi musiybətiy və əxlif liy xayran minhə (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım! Başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!) [1]

[1]- Muslim, 2/632   [Muhəddisul A'sr, səh. 3]

İmam Huseyn əl- A’va xatırlayır:

Şeyx Albani (rahiməhullah) öz maşını ilə bir-bir tələbələrinin evlərinin qarşısından keçib, onları Fəcr namazına oyadardı.

[“Şeyx Albanin həyatı” kitabı, səh.38]

 

Yuxuda Rasulullah (sallAllahu aleyhi və səlləm) dedi: Albanidən soruşun!

Ardını oxu »

YENİ KİTAB SATIŞDA!!!

Ardını oxu »

DİQQƏT! Qeysər kəsiyi əməliyyatı (Ardı)

Böyük İslam alimi Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin)  qeysər əməliyyatının bu qədər təbliğ olunmasının daha ciddi məqamlarına  toxunaraq,  müsəlmanları gözüaçıq və məsuliyyətli olmağa səsləyir:

Fürsətdən istifadə edərək, bir çox ginekoloq və mama həkimlərinin doğuşun kesar əməliyyatı kimi tanıdığımız cərrahi müdaxilə üsulu ilə aparılmasına rəğbət etməsi məsələsinə toxunmaq istərdim. Hər növbəti qeysər kəsiyi əməliyyatından sonra qarın boşluğu əzələləri zəiflədiyi üçün qadının yenidən hamilə qalması və uşaq dünyaya gətirməsi daha da təhlükə altına düşdüyündən, bunun müsəlmanların əleyhinə (sayının artmasının qarşısını almaq üçün) qəsd olmasından ehtiyat edirəm.
(Belə ki), özəl klinikada çalışan mütəxəssislərdən biri ilə söhbətim  zamanı onlara başqa xəstəxanalarda ancaq qeysər yolu ilə dünyaya uşaq gətirə biləcəkləri iddia edilən qadınların müraciət etdiyini, nəticədə isə heç bir problemsiz təbii şəkildə doğduqlarını öyrəndim. Həmsöhbətim  təkcə bir ay ərzində bu səbəblə müxtəlif  xəstəxanalardan onlara üz tutan xəstələrinin sayının 80 olmasını bildirir. Bu isə məsələnin olduqca ciddi və diqqətəlayiq olmasına işarədir. İstənilən halda təbii doğuş qeysər əməliyyatlarından daha yaxşıdır”.
Liqaa`at əl-Baab il-Məftuhə, (2/42)
Səhifə 1 - 5112345678910...203040...Sonuncu »