Video dərslər

“Yeni il” mi ?!

Sahib Xasayev

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir müsəlman özünü və ailəsini bu bayramı qeyd etməkdən uzaq tutmalıdır. Heç bir müsəlman bu məqamda ailə fərdlərinə itaət etməməlidir. Çunki hər bir ailə başçısı öz ailəsinə görə məsuliyyət daşıyır. Özümüzü bu bayramdan necə çəkindiririksə başqa müsəlmanları da bundan gözəl şəkildə çəkindirməliyik.

Əgər bu bayram münasibəti ilə hər hansı bir müsəlman bizi evinə qonaq çağırarsa və ya bayram niyyətli bir yeməyə dəvət edərsə bu dəvəti qəbul etməməliyik. Həmçinin bu bayrama xas olan hədiyyə və paltarların satılması, hədiyyə verilməsi və alınması qadağandır. Bununla onlara bu günah işdə şərik olmaqdan uzaq olarıq.

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı