Alimlər Əqidə Firqələr Hikmətli sözlər

Təqlidçilik — 4 məzhəb imamın bu barədə dedikləri

photo6

“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər.” (ət-Tövbə 31)

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Təqlid sözü hüccət, dəlil olmayan kimsənin sözünə uymaqdır. Təqlid ancaq şəri dəlili bilməməklə meydana gəlir. Çünki o, dəlilini bilmədən başqasının sözünə tabe olur. Tabe olmaq İslamda hüccət və səhih bir elmdir. Çünki o, Allahın, Rəsulunun (Allahın ona salavat və salamı olsun) və səhabənin sözüdür. Bunlardan başqa olanlar isə təqlid deyə adlandırılır.

Təqlid İki Qismdir:
1. Mubah Olan Təqlid: Bu şəri hökmlərə çatmaq yollarını bilməyən, onları öyrənməyə gücü çatmayan, o hökmlərin dəlillərini başa düşmək imkanına sahib olmayan avam üçündür. Bununla belə bir muftidən şəri dəlili istəmə haqqına da sahibdir. Çünki dinindən əmin olmaq onun da haqqıdır.

 2. Haram Olan Təqlid: Alimlərdən deyil, müəyyən birini, onun bütün sözlərində və əməllərində təqlid etmək və haqqı sadəcə onda görməkdir.

Əhli Sünnə vəl cəmaat imamlarının cumhuru avamın və avamın dəlili anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir ki: “Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu acizlik ya dəlilin eyniliyindən, və ya ictihad üçün yetərli vaxtın olmamasından, ya da dəlilə açıq çatmamasından ola bilər…” (Məcmuu Fətava 10/203).

 “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər.” (ən-Nur 63)
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” (ən-Nisa 65)

«Onlara: “Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə tərəf gəlin!” – deyildiyi zaman: Atalarımızın getdiyi yol bizə yetər – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?» (əl-Maidə 14).
“Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman onlar: Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik – deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?”(əl-Bəqərə 170)
“Çünki onlar atalarını azmış gördülər. Bununla belə yürüyə-yürüyə onların ardınca düşüb getdilər.” (əs-Saffət 69-70)
“Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.”(əl-Ənfal 22)
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər.” (ət-Tövbə 31).

Huzeyfə ibn Yəməndən (Allah ondan razı olsun) bu ayə haqqında soruşuldu, o: “Rahibləri və alimləri onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, onlar da bunu haram sayırlar.” (Təbəri “Təfsir” 6/114, Təfsir İbn Əbi Hatim 6/1784)
“İbrahim atasına və tayfasına: Sizin tapınıb durduğunuz bu heykəllər nədir? – dediyi zaman onlar: Biz atalarımızı onlara ibadət edən gördük! – deyə cavab vermişdilər.” (əl-Ənbiya 52-52).
“O, zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, (onların hamısı Qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. O, zaman (bütlərə) tabe olanlar: Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq – deyərlər.” (əl-Bəqərə 166-167).

İbn Ömər (Allah ondan razı olsun) məsciddə oturduğu vaxt Şamlı bir nəfər gələrək ondan Təməttu həcci barəsində soruşdu. İbn Ömər: «Gözəldir, xoşdur» deyə cavab verdi. Adam: “Lakin sənin atan bunu qadağan etmişdir” dedi. İbn Ömər: “Vay sənin halına! Atam bunu qadağan etmiş ola bilər, lakin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə etmiş və bunu əmr etmişdir. Sən atamın sözünü götürəcəksən, yoxsa Peyğəmbər in (Allahın ona salavat və salamı olsun) əmrinə tabe olacaqsan?” dedi. Adam: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)  əmrinə tabe oluram” dedi. İbn Ömər: “Qalx get!” dedi. (Tahavi “Şərhu Mənail Asar” 1/372, Əbu Yala “Musnəd” 3/1317, Əhməd 5700, Tirmizi 2/82)
İmam Təhavi (Allah ona rəhmət etsin) deyir ki: “Təqlidi ancaq başı çatışmayan kimsələr edər.” ( İbn Abidin “Rəsmul Muftu, Məcmuatur Rəsail” 1/32)
İbn Məsud (Allah ondan razı olsun) deyir ki: “Heç kimsə dinində başqa bir kimsəni təqlid etməsin. Çünki əgər o, iman edərsə o, da iman edər, küfrə girərsə o, da küfrə girər.” ( Əbu Nuaym “Hilyətul Övliya” 1/136)
İbn Məsud (Allah ondan razı olsun)  deyir ki: “Bu dünyada ya müəllim ol, ya da tələbə. Bu ikisi arasında üçüncü (təqlidçi) olma yoxsa məhv olarsan” (İbn Abdil Bərr “Camiul Bəyanul Elm və Fadluh” 2/983)
Sufyan bin. Uyeynə (Allah ona rəhmət etsin) edərlərsə ondan əl çəkərlər, nəyi də əmr edərlərsə onu da yerinə yetirərlər.”( İbn Abdil Bərr “Camiul Bəyanul Elm və Fadluh” 2/984)
Abdulah b. Muhəmməd əl-Mutəz deyir ki: “Güdülən heyvanla təqlid edilən insan arasında heç bir fərq yoxdur.” ( İbn Abdil Bərr “Camiul Bəyanul Elm və Fadluh” 2/988)
Mucahid b. Cəbr deyir ki: “Allahın qullarından kim olursa olsun sözü alınır da, tərk də edilir. Yalnız Peyğəmbər (Allahın ona salavat  və salamı olsun) müstəsnasır.” ( İbn Abdil Bərr “Camiul Bəyanul Elm və Fadluh” 2/989)

İmam Əbu Hənifə (Allah ona rəhmət etsin)  deyir ki: “Hədis səhih olduğu zaman mənim görüşüm odur“ (İbn Abbidin “Haşiyə“ 1/63, “Rəsmul Muftu, Məcmuatur Rəsail“ 1/4).
Əbu Hənifə (Allah ona rəhmət etsin) deyir ki: “Haradan aldığımızı bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz“ (İbn Abdil Bərr “İntiqa fi Fəzailil Səlasətil Əimmətil Fuqaha“ səh. 145, İbn Qeyyim “İlamul Muvakkin“ 2/309, İbn Abidin “Haşiyə“ 6/293, Rəsmul Muftu s. 29-32, Şarani “Mizən“ 1/55).
Əbu Hənifə (Allah ona rəhmət etsin)  deyir ki: “Dayandığım dəlili bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik“. Əbu Hənifə (Allah ona rəhmət etsin)deyir ki: “Əy Yaqub! Məndən hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib, səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o biri gün isə onu da tərk edə bilərəm“ (Şarani “Mizən“ 1/55, Əbul Həsənət “Nafiul Kəbir“ s. 135).
Əbu Hənifə(Allah ona rəhmət etsin) deyir ki: “Allahın Kitabı və Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim görüşümü tərk edin“( Şarani “Mizən“ 1/26).

İmam Məlik (Allah ona rəhmət etsin) deyir ki: “Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın“. (İbn Abdil Bərr “Cəmi“ 2/32, İbn Həzm “İhkam“ 6/149).

İmam Məlik (Allah ona rəhmət etsin) deyir ki: “Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) başqa bəzi insanların sözü alına da bilər, tərk edilə də bilər“. (İbn Abdil Hədi “İrşadus Salik“ s. 227/1, Təqiyyiddin əs-Subki “Fətva“ 1/148).

İmam Şəfii (Allah ona rəhmət etsin) deyir ki: “Bir kimsə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) nəql edilən bir Sünnəti açıq-aydın bilindiyi halda onu bir başqasının sözündən ötrü tərk etməsinin halal olmadığını müsəlmanlar ittifaq etmişlər“. (İbn Qeyyim 2/363, İbn Həzm “Fullani“ s. 68).
İmam Şəfii (Allah ona rəhmət etsin) deyir ki: “Mənim Kitabımda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə zidd bir şey tapsanız Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözünü götürün və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin sözünə etibar etməyin“. ( Hərəvi “Zəmmul Kəlam“ 3/47/1, Xatib Bağdadi “İhticac Biş Şafii 8/2, İbn Əsakir 15/9/10, Nəvəvi “Məcmu“ 1/163, İbn Qeyyim 2/361, Əbu Nuaym “Hilyə“ 9/107).
İmam Şəfii (Allah ona rəhmət etsin) deyir ki: “Hədis səhih olduğu zaman mənim görüşüm odur“. ( Şarani s. 107).
İmam Şəfii (Allah ona rəhmət etsin) deyir ki: “Mən bir söz söylədiyimdə mənə zidd olaraq Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) səhih bir hədis gəldiyini görsəniz, mənə ağlımın getdiyini xəbər verin“. (Əbu Nuaym 9/107, İbn Qeyyim “İlamul Muvakkin“ 2/163, Fullahi s. 104).
İmam Şəfii (Allah ona rəhmət etsin) deyir ki: “Hər hansı bir məsələdə bir söz söyləmiş olsam və Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) buna zidd bir xəbər gəlmişsə, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun hədisi daha doğrudur. Məni təqlid etməyin“ . (İbn Əbu Xatim “Adab“ s. 93, İbn Əsakir 15/10/1).
İmam Şəfii (Allah ona rəhmət etsin) deyir ki: “Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) nəql edilən hər hansı bir hədisi məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir“. ( İbn Əbu Xatim s. 93-94).

İmam Əhməd (Allah ona rəhmət etsin)  deyir ki: “Məni təqlid etmə. Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm aldığı qaynaqlardan elm al“. (Fullani 113, İbn Qeyyim “İlam“ 2/302).
İmam Əhməd (Allah ona rəhmət etsin) deyir ki: “Dini məsələlərdə alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) və Onun Səhabələrindən nə gəlmişsə onu al. Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların görüşünü alıb, almamaqda sərbəsdir“ . (Əbu Davud “Məsailul İmam Əhməd“ s. 276-277).
İmam Əhməd (Allah ona rəhmət etsin) deyir ki: “Kim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisini rədd edərsə o, həlak yolundadır“.( İbn Abdil Bərr “Cəm“2/149. İbnul Cövzi s. 182).

 

 

Hazırladı: Kamal  Hüseyn

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment