Məqalələr Önəmli günlər

Şəvval ayının orucu

ششش

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ramazanla vidalaşdıqdan sonra üzərimizə düşən Allaha şükr etməkdir. Və məlumdur ki, üsyanla (asiliklərlə) Allaha şükr edilməz. Beləki, şükr – insanın əməl etməsi və bununla Allaha şükrü qəsd etməsidir. Uca Allah nemətlərə şükr etməyi əmr edərək buyurur: “Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin!” (Səba 13). Həmçinin İbn Racəb (Allah ona rəhmət etsin) buyurur: “Allahın Ramazanda oruc tutmaq nemətinə əks olaraq, Ramazandan sonra günahlar edənə gəldikdə isə, o, Allahın nemətinə əvəz olaraq nüşükürlük etmişdir!” (Lətaiful Mə`əərif)

Uca Allah bizlərə vacib buyurduğu oruc tutmaq ayı bitdikdən sonra, bu sabitliyi qorumaq üçün nafilə oruclara baş vurmalıyıq. Nafilə oruclara misal olaraq, hər ayın üç gününü tutulan orucları, 1-ci və 4-cü günlər tutulan orucları, Muhərram ayında tutulan aşura gününün orucu, Ərafa günü tutulan orucu, Davud orucunu (bir gündən bir tutulan orucu) və s. digər nafilə oruclarını zikr etmək mümkündür.

Həmçinin unutmayaq ki, biz əzəmətli oruc mövsümü kimi sayılan Şəvval ayını yaşayırıq. Beləki, Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar.» (Muslim 1164). Və bilin ki, Şəvval ayından 6 gün oruc tutmaq, Ramazan orucunun qəbuluna işarə edən bir əlamətdir. Çünki yaxşı əməlin faydası, özündən sonra digər yaxşı əmələ açdığı qapıdır. Şəvval ayında tutulan oruc da, Ramazanda səni oruc tutmağa müvəffəq edən Allaha olunan bir şükrdür. Həmçinin bilin ki, Şəvval orucu ilə Ramazan orucunun misalı, nafilə namazlarla fərz namazlarının misalı kimidir. Nafilə namazları fərz namazlarda olan naqislikləri tamamladığı kimi, Şəvval ayının 6 gün orucu da Ramazan ayı tutulan oruclarda olmuş naqislikləri və boşluqları doldurar.

Bir sözlə əziz oxucu, bil ki, Ramazan bitsə də, Allaha itaət və ibadət hələ də bitməyib və sənin son nəfəsini alacağın ana qədər də bitməyəcəkdir. Elə isə ictihad et, sabitliyi qorumağa çalış ki, sabitlik əvəzi Rəbbinin vəd etdiklərinə nail olasan…

Hazırladı: www.feqih.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment