Səhabələr Sira

Səhabə — Müaviyə bin Əbu Sufyan

photo25
Müəllif - feqih

Müaviyə (Allah ondan razı olsun) Peyğəmbərin zövcəsi, möminlərin anası ummu Həbibənin (Allah ondan razı olsun) qardaşıdır.

Rəhimli və Mərhəmətli Allahın adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Əhli sünnənin imamı va böyuk hənəfi alimi olan İmam əbu Cəfər At Tahavi al Hənəfi demişdir : «Biz Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrini sevirik və onlara sevgidə həddimizi aşmırıq, onlardan heç birinə qarşı kin bəsləmirik. Onlara nifrət edib onlar haqqında pis söyləyən hər kəsə nifrət edirik. Onları yalnız xeyirlə anırıq. Onları sevmək, din, iman va ehsandır, onlara nifrət etmək isə küfr, münafiqlik va tüğyandır (həddi aşmaqdır)» (Təhavi əqidəsi kitabından)

Şeyxül İslam ibn Teymiyyə buyurur: «Əhli Sünnənin əsaslarından biri də qəlblərini və dillərini səhabələrə qarşı qorumalarıdır… «. Sonra deyir: «Əhli sünnə səhabələr arasında olan şeylərə susurlar və belə etiqad edrlər ki: Onların pisiyi haqqında gəlmiş rəvayətlər ya yalan və ya uydurmadır., ya artırılıb, ya azaldılıb, ya da dəyişdirilib. Səhih olanlarda isə onlar üzürlüdürlər.: Ya ictihad edib iki əcr qazanmışlar, ya da xəta edib bir əcr qazanmışlar…» (Vasitiyyə əqidəsi)

Səhabə Müaviyə (Allah ondan razı olsun) kimdir?

O, Müaviyə bin Əbu Sufyan Saxr bin Harb bin Umeyya bin Abd Şams bin Abd Manaf bin Quseyydir. Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) babaları Quseyyda birləşirlər. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəhy yazanlarından biri. Miladın 605-ci ilində doğulmuşdur. Məkkənin fəthindən bir az əvvəl İslamı qəbul etmişdir. Sonra Mədinəyə gəlmiş və ən əmanət olunan şeyi — vəhy yazmağı Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona da həvalə etmişdir.

Əxlaqi xüsusiyyətləri

1. Əliaçıqlıq və səxavət- Müaviyə (Allah ondan razı olsun) çox əliaçıq insan olmuş, xüsusən də əhli beytə qarşı. On görə də Əbu Darda buyurur: «Müaviyədən sonra səxavət bitdi». Buna misal olaraq Aişə (Allah ondan razı olsun) 18 min dinar borcunu ödəməsini, Safiyyənin (Allah ondan razı olsun) evini onun üçün 100 min dirhəmə ona almasını göstərmək olar. Həsən bin Əli (Allah ondan razı olsun) ilə qarşılaşanda : «Ey Allah Rəsulunun oğlu xoş gördük deyərdi». Həsən xilafəti ona təslim verəndə Həsənə (Allah ondan razı olsun) 300 min dirhəm vermişdir».

2. Təvazökarlıq — Yunus bin Meysara deyir ki, Müaviyanın (Allah ondan razı olsun) xilafəti zamanında Dəməşqin bazarında gördüm, qatıra minmiş, xidmətçisini də tərkinə almışdır. əynində də cibi cırıq köynək var idi!

3. Yumşaqlıq- Abdullah bin Ömar (Allah ondan razı olsun) deyir ki, Müaviya (Allah ondan razı olsun) insanların ən yumşaq xasiyyətlisi idi. Soruşulduqda: «Bəs Əbu Bəkr? Deyərdi: Əbu Bəkr Müaviyadan əfzəldir, amma Müaviyə insanların ən yumşaq xasiyyətlisi idi».

Müaviyənin fəziləti

1. Müaviyə hər şeydən əvvəl səhabədir. Səhabələr haqqında varid olan bütün ayə və hədislər ona da şamil edilir.

2. Müaviyə (Allah ondan razı olsun) Peyğəmbərin zövcəsi, möminlərin anası ummu Həbibənin (Allah ondan razı olsun) qardaşıdır. Elə buna görə də sələfilər ona «Möminlərin dayısı» ləqəbini vermişlər.

3. Vəhy katibidir, yəni vəhyi yazanlardandır. Bir nəfər Muafa bin İmrandan soruşur: Ömə bin Abdul Aziz əfzəldir yoxsa Müaviyə? Bunu eşidəndə Muafa qəzəblənərək deyir: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi heç kim ilə müqayisə olunmaz. O, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həm səhabəsi, həm qaynı, həm də vəhy yazanı idi.

4. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Müaviyaya (Allah ondan razı olsun) dua edərək buyurmuşdur: «Allahım onu hidayətdə olub insanları hidayət edənlərdən et». (Tirmizi)

5. Başqa hədisdə: «Allahım, Müaviyaya Kitabı və hesabı öyrət və onu Cəhənnəm əzabından qoru». (İmam Əhməd , Musnəd)

6. Müaviyə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə dedi: «Əgər xəlifə olsan Allahdan qorx və adil ol!» (İbn Sad rəvayət etmişdir). Bu da onun xəlifə olacağına bir nişanə idi.

7. Başqa bir hədisdə: «İlk öncə rəhmət üzərində olan peyğəmbərlik olacaq, sonra rəhmət üzərində olan xilafət olacaq, sonra rəhmət üzərində olan padşahlıq (krallıq) olacaq». ( Darimi rəvayət etmişdir)

Muaviyə (Allah ondan razı olsun) fəziləti haqqında dəlillər çoxdur. Burada bəziləri ilə kifayətləndik. Sözümü bir neçə sələf aliminin qiymətli sözləri ilə bitirmək istəyirəm.

1. Sələf alimi imam Rabi bin Nafii Hələbi demişdir: «Müaviyə səhabələrin örtüyüdür , kim bu örtüyü açmaq istəsə bunun arxasındakına (səhabələrə) qarşı cürət etmişdir.»

2. İmam Nəsai buyurur: «İslam bir ev kimidir, bu evin qapısı SəhabələrdirKim səhbələrəəziyyət verərsə islama zərər vermək istəmişdir. Kim Müaviyəyə əziyyət vermək istəsə səhabələrə əziyyət vermişdir».

3. İmam Əbu Ziraa ər-Razi demişdir: «Əgər görsən ki, kimsə səhabələrdən birinə dil uzadır, bil ki o zındıqdır. (dinsiz).»

Hazırladı: Emin Hacıyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment