Müxtəlif Quran möcüzələri Tibb

Ruqyə etmək haqqında

photo8

«Ey insanların Rəbbi olan Allahım! Xəstəliyi götür; buna şəfa ver. Şəfa verən təkcə Sənsən.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ruqyənin mənası: Dua, ovsun, tilsim; sehrbaz və ovsunçuların oxuduqları şeylərdir.

İbn Həcər (Allah ona rəhmət etsin) alimlərin bu üç şərtin olmasıyla, Ruqyənin caiz olacağı mövzusunda ittifaq etdiklərini bildirərək deyir:

1) Allah`ın Kəlamıyla (ayələrlə), İsim və ya sifətləriylə olması;

2) Ərəb diliylə və ya başqa bir dillə aydın olacaq şəkildə edilməsi;

3) Edilən ruqyənin şəxsən faydasının toxunduğuna deyil, ümid edilən faydanın — Allah Təala tərəfindən göndərildiyinə inanılması. («Fəthul-Bəri», 10/206)

Ruqyə — mübah (sadəcə olaraq caiz), haram və şirk olmaq üzrə üç növdür:

1 — Mübah olan Ruqyə: Qurani Kərimdən ayələrlə, Allah Təalanın ad və sifətləriylə, ərəbcə və mənası aydın olan bir dillə edildiyi təqdirdə mübahdır. Aişə (Allah ondan razı olsun) anamızdan rəvayət edilən bir hədisdə belə buyurulub:

(( أَنَّرَسُولَاللهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَكَانَإِذَااشْتَكَىيَقْرَأُعَلَىنَفْسِهِبِالْـمُعَوِّذَاتِ،وَيَنْفُثُ،فَلَمَّـااشْتَدَّوَجَعُهُكُنْتُأَقْرَأُعَلَيْهِوَأَمْسَحُبِيَدِهِرَجَاءَبَرَكَتِهَا ))

[رواه البخاري و مسلم]

«Rasulullah (Allahın ona salavat və salamı olsun) son xəstəliyində muavvizəteyni (Fələq və Nas surələrini) oxuyub üfləyirdi. Xəstəliyi ağırlaşdığı zaman onları oxuyaraq üzərinə üfləyir və bərəkət umaraq əliylə vücudunu məsh edərdim». (Buxari, no: 4728. Muslim,no: 2192).

Hədisdə keçən  يَنْفُثُ  ləfzi, içərisində tüpürcək olmadan yüngülcə üfürməkdir. Bəzi alimlər, içərisində yüngül tüpürcəklə üfürməkdir — demişlər. (Bax: İmam ən-Nəvəvi, Muslim`in Şərhi; hədis no: 2192).

Həmçinin Aişə (Allah ondan razı olsun)  Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun)  xəstəliyindən bəhs edərkən bunları demişdir:

«Rasulullah (Allahın ona salavat və salamı olsun)  yatağa düşdüyü zaman, İxlas surəsi və Mu’avvizəteyn`nin oxuyaraq ovucuna üflədi və sonra əlləriylə üzünü və bədəninin əli çatdığı hər tərəfini məsh etdi». (Buxari, Tibb, 39).

Hədisdə keçən  يَنْفُثُ  ləfzi, içərisində tüpürcək olmadan yüngülcə üfürməkdir. Bəzi alimlər, içərisində yüngül tüpürcəklə üfürməkdir — demişlər. (Bax: İmam ən-Nəvəvi, Muslim`in Şərhi; hədis no: 2192).

Bununla yanaşı, əqrəb sancmasına qarşı Fatihə ilə ruqyə edildiyinə dair hədis varid olmuşdur (Buxari, Tibb, 33). Həmçinin, Allah Rəsulunun  (Allahın ona salavat və salamı olsun) , xəstələnmiş bəzi kəslərə, Mu’avvizəteyn oxuyub, sağ əliylə vurduğunu və arxasından da belə söylədiyi rəvayət edilmişdir:

«Ey insanların Rəbbi olan Allahım! Xəstəliyi götür; buna şəfa ver. Şəfa verən təkcə Sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Xəstəlik buraxmayan şəfa ver!» (Buxari, Tibb, 37).

Bu mənada rəvayət edilən hədislər çoxdur. Bəzi alimlər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ; «Göz dəyməsi və qızdırmanın xaricində ruqyə yoxdur». (Buxari, Tibb, 17) hədisinə əsaslanaraq, göz dəyməsi, ilan və əqrəb sancması xaricində ruqyənin caiz olmadığını deyiblər. Lakin, digər alimlər də bu hədisin, ruqyənin ən çox faydalı olacağı hala aid edildiyini, «Zülfüqardan başqa qılınc yoxdur» sözünə müqayisə edərək cavablandırmışlar. Çünki digər hədislərdə görüldüyü kimi, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun)  başqa şeylər üçün də ruqyə`yə icazə vermişdir.

2 — Haram olan ruqyə: Aydın olmayan sözlər, mənasız kəsik hərflər, bilinməyən adlar, bilənlərin ərəbcədən başqa bir dillə rukyə etməsi, dəmir, duz istifadə edərək və ya ip bağlayaraq ruqyə edilməsi haramdır. Fayda verdiyi təcrübə edilmiş tətbiqlər bunun xaricindədir. Belə rəvayət edilmişdir:

«Peyğəmbər(Allahın ona salavat və salamı olsun) ruqyə edilməsini qadağan etdi. Amr ibn Həzmin uşaqları gəlib belə dedilər: «Ey Allahın Rəsulu! Biz bir növ ruqyə edərdik və onunla əqrəb sancmalarına qarşı qorunardıq». Peyğəmbər; Onu edin, onda bir pislik görmürəm. Sizdən hər kim qardaşına fayda verməyə gücü çatırsa ona (qarşı) faydalı olsun». (Muslim, Salam, 63) demişdi. əl-İzz ibn Abdus-Salamdan mənası bilinməyən hərflərlə edilən ruqyə soruşulduğu zaman, küfrü tələb edəcək mənalar ehtiva edib-etmədiyinin bilinməməsi səbəbiylə buna icazə verməmişdir.

3 — Şirk olan Ruqyə:  Allah Təaladan başqasına dua edərək, sığınaraq və ya kömək diləyərək edilən ruqyə — şirkdir. Mələklərin, peyğəmbərlərin, cinlərin və başqa varlıqların adlarıyla rukye etmək də bunun kimidir. Bunların hamısı Allah Təalaya şirk qoşmaqdır. Necə ki Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Ruqyə (ovsun), Təmimə (amulet) və Tivələ (kişi qadını sevmək üçün edilən sehr) şirkdir». (Əbu Davud 3883, İbn Məcə 3530, Əhməd 1/ 381, əl-Hakim 4/ 418, əl-Albani səhih deyib.) Həmçinin; «İçində şirk olmayan şeylə ruqyə etməkdə bir pislik yoxdur» .(Müslim, Salam, 64) buyurmuşdur. əl-Həfiz İbn Həcər bu mövzunu belə açıqlayır:

«Bəzi ruqyələrdə şirk var. Çünki onu edənlər toxunan zərəri dəf etmək və fayda əldə etməyi Allahdan başqa kəslərdən istəyirlər.» («Fəthul-Bəri» 10/260)

Müsəlman bir şəxs, Allahdan başqa heç bir şeydən fayda diləməz, yalnız Ona (Allaha) tam bir təvəkkül edər. Necə ki Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun)  belə buyurmuşdur:

 «Ümmətimdən yetmiş min adam sorğu-sualsız olaraq Cənnətə girəcək. Onlar — ovsun etməyənlər, uğrusuzluğa inanmayanlar, bədənlərini dağlamayanlar və ancaq Rəblərinə təvəkkül edənlərdir» . (Buxari, Tibb, 17; Muslim, no: 220). Bu hədisin Muslimdəki ləfzində belə buyurulur:

(( … هُمُالَّذِينَلاَيَرْقُونَ،وَلايَسْتَرْقُونَ،وَلايَتَطَيَّرُونَ،وَعَلَىرَبِّهِمْيَتَوَكَّلُونَ))

[ رواه مسلم ]

 «Onlar ruqyə etməzlər, başqalarının (özlərinə) ruqyə etmələrini istəməzlər, uğursuzluğa inanmazlar və yalnız Rəblərinə təvəkkül edərlər..»

Burada:

(( … لاَيَرْقُونَ…))

«..ruqyə etməzlər..» — sözü, hədisi rəvayət edən səhabənin öz sözüdür. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  bunu deməmişdir. Buna görə də, Buxari bu hədisi rəvayət etmiş (hədis no: 5420) lakin, həmin ləfzə yer verməmişdir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) bu mövzuda buyurur:

«Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu insanları (hesabsız və əzabsız olaraq cənnətə girəcək kəsləri) tərifləyərək onların, kimlərdənsə özlərinə ruqyə etmələrini istəmədiklərini ifadə etmişdir. Halbuki ruqyə, dua cinsindəndir. Amma bununla birlikdə onlar heç kimdən bunu istəməzlər. Hədisdə ((لاَيَرْقُونَ )) «ruqyə etməzlər» ləfzi keçməkdədir ki, bu söz, səhvdir. Çünki onların özlərinə və başqalarına ruqyə etmələri gözəl bir davranışdır. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  həm özünə, həm də başqasına ruqyə edərdi, lakin başqasının özünə ruqyə etməsini istəməmişdir. Çünki özünə və başqasına etdiyi ruqyə, özünə və başqasına dua etməsi cinsindəndir. Onsuz da bu, özünün(Allahın ona salavat və salamı olsun)  əmr olunduğu bir şey idi. Çünki Allah Təalanın Adəm, İbrahim və Musa kimi peyğəmbərlərin hekayələrində zikr etdiyi kimi, bütün peyğəmbərlər Allah Təalaya niyaz etmişlər və Ona yalvarmışlar…» (Məcmu əl-Fətəva 1/182)

İbn əl-Qayyim də (Allah ona rəhmət etsin) bu mövzuda belə demişdir:

« ((لاَيَرْقُونَ )) «ruqyə etməzlər» ləfzi, digər sözüklərin arasında gəlmişdir ki, bu da, bəzi ravilər tərəfindən edilən bir xətadır..» (Hədi əl-Ərvah» 1/89).

Sünnə`də  ruqyə edilən zaman oxunacaq bir çox dua varid olmuşdur. Bu hədislərdən bəziləri aşağıdakılardır:

Osman ibn Əbi əl-As`dan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, o Peyğəmbər`in (Allahın ona salavat və salamı olsun) yanına gələrək müsəlman olduğundan bəri bədənində hiss etdiyi sancını ona şikayət edincə, Rasulullah (Allahın ona salavat və salamı olsun)  ona belə buyurmuşdur:

(( ضَعْيَدَكَعَلَىالَّذِيتَأَلَّمَمِنْجَسَدِكَ،وَقُلْ: بِاسْمِاللهِ — ثَلَاثًا- وَقُلْسَبْعَمَرَّاتٍ: أَعُوذُبِعِزَّةِاللهِوَقُدْرَتِهِمِنْشَرِّمَاأَجِدُوَأُحَاذِرُ ))

[رواه مسلم ]

 «Sağ əlini, bədəninin ağrıyan yerinə qoy və üç dəfə: Bismilləh, yeddi dəfə isə belə də: Çəkdiyim sancının və çəkindiyim (ağrının) şərindən Allah’ın izzət və qüdrətinə sığınıram!» (Muslim, no: 2202)

Tirmizinin rəvayətində isə bu əlavə var:

(( قَالَ: فَفَعَلْتُذَلِكَ،فَأَذْهَبَاللهُعَزَّوَجَلَّمَاكَانَبِي،فَلَمْأَزَلْآمُرُبِهِأَهْلِيوَغَيْرَهُمْ ))

[ صححه الألباني في صحيح الترمذي ]

«(Osman ibn əbi əl-As) dedi ki: (Rasulullah`ın(Allahın ona salavat və salamı olsun) ) mənə dediyini etdim, Allah sancımı (ağrını) yox etdi. Mən hələ də ailəmə və başqalarına belə etmələrini əmr edirəm.» (əl-Albani; «Səhih Tirmizi» no: 1696)

Abdullah b. Abbasdan (Allah ondan və atasından razı olsun) belə rəvayət olunur:

(( كَانَالنَّبِيُّصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيُعَوِّذُالْـحَسَنَوَالْـحُسَيْنَوَيَقُولُ: إِنَّأَبَاكُمَـاكَانَيُعَوِّذُبِهَاإِسْمَاعِيلَوَإِسْحَاقَ. أَعُوذُبِكَلِمَـاتِاللهِالتَّامَّةِمِنْكُلِّشَيْطَانٍوَهَامَّةٍ،وَمِنْكُلِّعَيْنٍلامَّةٍ ))

[ رواه البخاري ]

«Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Həsən və Hüseynə (Allah onlardan razı olsun) ruqyə edər və belə buyurardı:

— Atanız (İbrahim (Allahın ona salamı olsun)oğulları) İsmayıl və İshaqa ruqyə edər və belə dua edərdi:

 «Hər şeytanın, hər zəhərli heyvanın və nəzər edən hər gözün şərindən, Allahın nöqsansız sözlərinə (adlarına, sifətlərinə və Quran ayələrinə) sığınıram!» (Buxari, no: 3191).

Son söz: Ruqyə — möminin davamlı etməsi lazım olan ən böyük və ən əhəmiyyətli dərmanlardan biridir.Hər bir müsəlmana, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu mübarək sünnə`sinə əməl etməyi tövsiyyə edirik.

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment