Məqalələr Müxtəlif Önəmli günlər Oruc Ramazan ayı

Ramazanda icra olunan əməllərin mükafatı və ya cəzası artırılırmı?

رمضان
Müəllif - feqih

Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.» (əl-Ən`əm160)

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bəli, əldə olunan savablar və günahlar,onların baş verdiyi yerin və zamanın fəzilətinə əsasən dəfələrlə artırılırlar. Lakin yaxşı əməllə , pis əməlin artırılması arasında bu kimi fərqlər mövcuddur:

— Əldə olunan savablar həm say (bir yaxşı əməlin edilməsi nəticəsində, Allah on və yaxud daha çox belə yaxşı əməl bəxş edir) həm də mükafatın dərəcəsi baxımından dəfələrlə artırılırlar.

— Günahların artırılmasına gəldikdə isə, günahın ağırlıq dərəcəsi artır ki, bu da edilən günaha görə cəzanın daha da ağır olacağı deməkdir. Lakin say baxımından, heç bir şey artırılmır. Hər bir pis əməl, yalnız bir pis əməl kimi yazılır.

«Mətalibu li ən-Nuhə» 2/385 deyilir: «Yaxşı və pis əməllər, Məkkə, Mədinə, Qüds və məscidlər kimi xüsusi və fəzilətli məkanlarda artırılırlar. Həmçinin onlar, Cumə günü ,haram aylar və Ramazan ayı kimi fəzilətli zamanlarda da artırlırlar. Əldə olunan savabların artırılmasına gəldikdə isə, bu məsələdə heç bir ixtilaf yoxdur. Lakin günahların artırılmasında isə alimlər ixtilaf ediblər. Onlardan bəziləri İbn Abbas və İbn Məs`udun (Allah onlardan razı olsun ) görüşünə əsaslanaraq, günahların da artırıldığını bildirmişlər. Lakin bir çox tədqiqatçılar, onların bu fikrinə qarşı çıxaraq demişlər: “Onların (İbn Abbas və İbn Məs`ud) nəzərdə tutduğu, kəmiyyət (say) baxımından artırılmalası yox, məhz günahların ağırlıq baxımından dərəcəsinin və ona görə cəzasının artırılmasıdır.»

Şeyx İbn Bəzzə (Allah ona rəhmət etsin) belə bir sual ünvanlanmışdır: Müsəlman oruc vasitəsilə, həm kiçik və həm də böyük günahlardan bağışlannmağa nail olurmu? Və Ramazanda edilən günahlar artırılırmı?

Cavab: «Müsəlmana istər Ramazanda,istərsə də digər vaxtlarda ,ona zülmü əmr edən nəfsiylə mübarizə etməsi hökm olunub. Nəfs yaxşılığı əmr edən və yaxşılığa can atan bir olana kimi, onunla mubarizə aparmaq gərəkdir. İnsan həmişə, Allahın düşməni iblislə mübarizə aparmalıdır ki, onun zərərindən və fitnəsindən qoruna bilsin. Müsəlman bu fani dünyad, daima öz nəfsi, şəhvətləri və şeytan ilə böyük mübarizədədir. Məhz buna görə də, insan həmişə Allaha tövbə etməli, Ona bağışlanması üçün dua etməldir. Lakin fəzilət baxımından, vaxtlar fərqlənirlər. Beləki, ilin ən gözəl ayı Ramazandır . Bu ay, bağışlanma, rəhmət və qulların Oddan azad olunma ayıdır. Və əgər məkan və ya zaman şərəfli sayılırsa, bu halda həmin məkanda və zamanda edilən, yaxşı əməllər artırılır, pis əmələrin cəzası isə daha ağır olur. Beləliklə, Ramazanın şərəfi və məqamı yüksəkdir, bu ayda edilən pis əməlin günahı, digər vaxtlarda edilən pis əməlin günahından daha ağırdır, eləcə də bu ayda Allaha xoş gedən əməlin mükafatı , digər vaxtlarda edilən bu kimi əməllərin mukafatını üstələyir. Müsəlman ona görə bu xeyirli aydan istifadə etməli və Allaha xoş gedəcək əməlləri bacardığı qədər çox etməli və pis əməllərdən uzaqlaşmalıdır. Və ola bilsin ki, (bunların vasitəsilə) Allah ona rəhm etsin, ondan bu əməlləri qəbul etsin və ona doğru yolda olmağa kömək etsin. (Burada davamlı olaraq Allahın bütün əmrlərini yerinə yetirərək, qadağalarından çəkinmək nəzərdə tutulur.) Deyildiyi kimi, hər bir pis əməl, bir əməl kimi yazılır və o istər Ramazanda və istər digər vaxtlarda olsun, kəmiyyət(say) baxımından artırılmır. Xeyir əməllərə gəldikdə isə, hər bir xeyir əmələ görə, on qat onun kimisi və yaxud daha da artığı yazılır. Necəki, Uca Allah Quranda bildirir (mənaca tərcümə): «Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.» (əl-Ən`əm160) Bu mövzuya dair ayələr çoxdur. Bunu həmçinin iki şərəfli və haram ərazi (Məkkə və Mədinə) kimi məkanlara aid etmək olar. Bu ərazilərdə edilən yaxşı əməllər, həm kəmiyyət və həm də mukafatın dərəcəsi baxımından qat-qat artırılırlar. Əvvvəldə qeyd olunduğu kimi, həmin məkanlarda edilən pis əməllər kəmiyyət baxımından artırılmır, günahın və həmin günaha görə cəzanın ağırlığı artır. Həqiqətən, müvəffəqiyyət Allahdandır.» (Məcmu` fətəvə və Məqalət Mutanavviəh)

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: «Yaxşı və pis əməllər onların baş verdiyi , məkanın və zamanın hörmətinə əsasən artırılırlar. Yaxşı əməllər həm kəmiyyət və həm də mükafatın dərəcəsi baxımından artırılırlar. Lakin pis əməllər yalnız günahın ağırlığı və həmin günaha görə, cəzanın daha şiddətli olması baxımından artırılırlar, kəmiyyət baxımından isə artırılmırlar. Beləki, Uca Allah Məkkədə nazil olan «əl-Ən’əm» surəsində deyir (mənaca tərcümə): «Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.» (əl-Ən`əm 160). O həmçinin demişdir (mənaca tərcümə): «Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə (haqdan) dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq.» (əl-Həcc 25). Allah bu ayədə, biz onların əməllərini artıracağıq, demir, «üzücü bir əzab daddıracağıq» deyir. Buna görə Məkkə və Mədinədə edilmiş pis əməlin artırılması, günahın ağırlığı baxımından baş verəcək. Uca Allahın bu sözlərinə əsasən, (mənaca tərcümə): «Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə (haqdan) dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq.» (əl-Həcc 25), сəza daha ağrılı və üzücü olacaq.» («əş-Şərh əl-Mumti’» 7/262)

Bütün bunlar haqqında tam bilgi, yalnız Allaha məxsusdur!

www.salaf-forum.com`a isnadla

Tərcümə etdi: Umm Faruq

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment