Müxtəlif Oruc Ramazan ayı

Ramazanda günün uzunluğu haqqında

photo6
Müəllif - feqih

Günəşin çıxmasını və batmasını görmədikləri müddətcə müsəlmanlar oruc tutmalıdırlar.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahın hikməti sayəsində illər dövr etdikcə, Ramazan ayı da fərqli mövsümlərə təsadüf edir. Bu da gecə və gündüz saatları arasındakı tənasübün dəyişməsinə səbəbdir. Düşünən insanlar üçün bu qanunauyğunluqda bir ibrət, Rəbbləri qarşısında məkan və şəraitdən asılı olmayan sadiqliklərini təsdiqləmək üçün bir şans olmasına baxmayaraq, bəzən müxtəlif suallar baş qaldırır. Mövzu ilə əlaqədar olaraq, iki böyük İslam aliminin — şeyx İbn Useyminin və şeyx Albaninin (Allah onların ikisinə də rəhmət etsin)- fətvalarını qeyd etmək yerinə düşərdi:

Sual:  Şimalda yerləşən Skandinaviya və digər ölkələrin müsəlman əhalisi gecə və gündüzün davamiyyəti ilə əlaqədar bir sıra problemlərlə üzləşirlər. Belə ki, bəzi mövsümlərdə gündüz 22 saat, gecə isə 2 saat davam etdiyi halda, başqa vaxtda isə bunun əksini müşahidə etmək olar. Bu məsələ ilə oraya Ramazan ayında səfər edən bir müsəlman qarşılaşmış və ona bildirmişlər ki, hətta bəzi regionlarda altı ay yalnız gecə, altı ay isə gündüz olur. Belə iqlim şəraitində yaşayan, işləyən və təhsil alan müsəlmanlar orucun əvvəlini və sonunu necə təyin etməlidirlər?

Cavab: Bu ölkələrdə təkcə oruc tutmaqla yox, həm də namazla bağlı bir sıra çətinliklər meydana çıxır. Lakin bununla yanaşı əgər ölkədə gecə və gündüz mövcuddursa, günün uzunluq və qısalığından asılı olmayaraq, insan maksimum şəkildə dinini yaşamağa çalışmalıdır. Adət etdiyimiz formada gecə və gündüzün olmadığı (altı ay gündüz, altı ay gecənin mövcud olduğu) qütb ölkələrinə gəldikdə isə burada oruc və namaz vaxtlarını təyin etmək lazımdır. Bunun hansı kriteriyalara əsasən təyin edilməsinə dair isə İslam alimləri ixtilaf etmişlər.

Onlardan bəziləri belə ölkələrdə namaz və oruc vaxtının bütün şəhərlərin anası hesab edilən Məkkəyə əsaslanması fikrini irəli sürmüş, digər qismi isə günü tam şəkildə iki yerə bölərək, sutkanın 12 saatının gündüz, 12-nin isə gecə üçün ayrılmasını qeyd etmişlər.

Üçüncü qism  alimlər isə qütb ölkələrində namaz və oruc vaxtını təyin etmək üçün gecə və gündüz arasında normal dəyişmənin olduğu ən yaxın məntəqəyə əsaslanmağın düzgünlüyünü bildirmişlər. Göründüyü kimi bu rəy daha düzgündür, çünki qütb ölkələrinin iqlim və coğrafi şəraiti məhz ən yaxın (normal gündüz və gecə anlayışına malik olan) yaşayış məntəqələri ilə oxşarlığa malikdir. Bütün bunlara əsasən aydın olur ki, qütb ölkələrində oruc və namaz vaxtları normal gündüz də gecə dövrünə malik olan ən yaxın yaşayış məntəqəsinə əsasən təyin edilməlidir.»

Muhəmməd İbn Useymin, «Fətəva əs-Siyam», 37.

Sual: Aylarla günəşin doğmadığı və ya əksinə olaraq, gecənin zülmətinin düşmədiyi ölkələrdə oruc vaxtı ən yaxın normal iqlim şəraitinə malik olan yaşayış məntəqəsinin vaxtına əsasən təyin edilir.

Lakin bununla yanaşı elə ölkələr var ki, orda gecə və gündüz saatlarının bəlli olmasına rəğmən, saat mütənasiblyi  mövcuddur. Gündüz çox uzun, gecə isə çox qısadır. Məsələn, 20 saat gündüz, 4 saat isə gecə olur. Belə iqlim şəraitində müsəlman 20 saat oruc tutmalıdırmı?

Cavab: Günəşin çıxmasını və batmasını görmədikləri müddətcə müsəlmanlar oruc tutmalıdırlar. Lakin sirr deyil ki, hər bir Şəriət hökmünün hüdudları mövcuddur.

Allahdan bacardığınız qədər qorxun. Əgər kimsə günəş çıxandan batanadək 20 saat boyunca oruc tutmaq iqtidarındadırsa, o, orucunu tam şəkildə tutmalıdır.
Həmin ölkələrdə bunun asan olduğunu düşünürəm, çünki, əsas çətinlik orqanizmin çoxlu maye tələb etdiyi isti ölkələrdə müşahidə olunur.

Soyuq iqlim şəraitinə malik olan ölkələrə gəldikdə isə, orda hətta uzun müddət oruc tutmağın belə məşəqqətli olmamalıdır.

Bununla yanaşı, uzun müddət oruc tuta bilməyən insanlar iki kateqoriyadan birinə uyğundur:

1. Hətta normal iqlim şəraitində belə oruc tutmağa malik  olmayan əldən düşmüş qoca yaxud iqtidarsız. Belə halda o qəza etdiyi hər günün orucunun əvəzində kəffarə olaraq, bir yoxsulu yedirməlidir.

2. Normal şəraitdə oruc tuta bilən, lakin uzun gün ərzində oruc tuta bilməyən insan isə həmin günün qəzasını gündüz saatlarının qısaldığı başqa vaxtda tuta bilər. Bu halda onun orucunun hökmü, ümidsiz xəstənin yox, sağalmağa ümidi olan xəstənin orucu kateqoriyasına aid edilir, çünki Uca Allah buyurmuşdur:

«Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar».

(Quran, Bəqərə, 184)

Beləliklə, gündüz saatlarının olduqca uzun, gecə saatlarının isə çox qısa olduğu ölkələrdə Ramazan ayı müddətində bütün şərtlərə riayət edərək, oruc tutmaq iqtidarında olan insanlar oruclarını tutmalıdırlar. Günün uzunluğu səbəbi ilə oruc tuta bilməyənlər, başqa (qısa) günlərdə onu qəza etməlidirlər. Ümumiyyətlə oruc tutmağa qadir olmayanlar isə əldən düşmüş qoca yaxud «iqtidarsız» hökmünə daxildirlər və hər günə bir yoxsul yedirməlidirlər.»

Şeyx Albani, «Silsilə hudə vən-nur» dərsləri, 18 saylı kaset, 39-cu dəqiqə.

Ramazan ayının heç bir anı başqa günlə savab baxımından qarşılaşdırıla bilməz.

Nəfsə çətin gəlsə də Uca Allahdan Ramazanı Ona layiq şəkildə ibadətlə keçirməyə bizləri müvəffəq etməsini diləyirəm. Amin!

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment