Hikmətli sözlər İbrət al İslam tarixi Səhabələr Sira

Qurtuluşa çatmaq üçün şərəfli olmağı seçənlərdən biri — Səlman əl-Farisi

photo3
Müəllif - feqih

Fırtınalar varlıqları həlak etsə və varlıqlar çaşqınlığa düşsə də, XEYİR — daima ulduz kimi parlamaqdadır..

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Qurtuluşa çatmaq üçün şərəfli olmağı seçənlər — ondan tələb olunan hər şeyə hazırdırlar.

Tələb olunmayan şeylər isə — tələlərdən başqa bir şey ola bilməz.

Fırtınalar varlıqları həlak etsə və varlıqlar çaşqınlığa düşsə də, XEYİR — daima ulduz kimi parlamaqdadır..

Fırtına durduqda, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmisi Əbu Talib həlak dənizində boğularkən, Salman, əmin-aman bir sahildə rahatca gəzirdi..

Valid ibn Muğira (Allah ondan razı olsun) arxasındakıları səhraya doğru apararkən, Suheyb də, Rum karvanıyla gəlmişdi. Nəcaşi isə, Həbəş torpaqlarında: «Ləbbeyk! Allahummə Ləbbeyk!» deyərkən, Əbu Cəhl müxalifət yuxusunda dünyaya gözlərini yummuşdu..

Salman`ın, onu seçilmiş və üstünlərdən edəcək addımları, onu atasının dini olan atəşpərəstlikdən ayırdı.. Ata-babasının bu şirk dini haqqında onlarla münazirə edirdi. Dəlillərlə onları susdurduqda və özünə cavab verən də ortaya çıxmayınca, ona, ancaq həbs etməklə cavab verilmişdi. Bu addım, ata-babalarının məğlubiyyətini isbat edirdi..

Onsuzda bu xüsus, batil əhlinin etmiş olduğu cavab vermə üsullarından biri idi. Firon`un Musaya (Allah;n ona salamı olsun) verdiyi cavabı da, belə olmuşdu:

«(Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!..» (Şuəra, 29)

İslam dinində ən batil firqələrdən olmuş Cəhmiyyə`lər, İmam Əhməd`lə münaqişə edərkən, ona şallaq cəzasıyla cavab vermişdilər. Bidət əhli, Şeyxul-İslam İbn Teymiyyə`yə də, onu həbsə atmaqla cavab vermişdilər. Bəli, haqq əhli daima təzyiqlərlə, əziyyətlərlə baş-başadır.. Necəki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun), yenicə iman etmiş bir səhabəyə «başına gələcək müsibətlərə hazır ol» — deyə xəbərdarlıq edirdi. Çünki, Uca Allah sevdiklərini imtahan edir. Bu imtahanlardan əla qiymətlər alanları isə, Öz Əbədi, ağlasığmaz nemətlərlə dolu olan Cənnətiylə müjdələyir..

«Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver!» (Bəqərə, 155)

Daha sonra isə, Salman bir mərtəbə də yüksələrək, uca bir məqama ucalmışdı:

«Salman bizdəndir, Əhli-Beytimdəndir..»

(İbn Əbi Şeybə «əl-Musannaf» (12/148); İbn Abdil-Bər «əl-İstiab» (4/223); İbn Sad «Tabəqat» (4/82-83); Tabəri (21/133); Hakim «əl-Mustədrak» (3/59) və s.)

Salman, bir karvanın səfərə çıxacağını eşitdikdə, atasından qaçdı, lakin qohumluq əlaqələrini kəsmədi. Dərhal səadətə çatmaq üçün miniyinə mindi və məxluqatın incisi olan Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına getmək üçün uzun bir yola başladı.. Rahiblər, dövlətlərinin yıxıldığını anladıqda, Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) verilməsi üçün məktub yazaraq Salmana verdilər və:

«Zaman O`nun zamanıdır.. Buna görə, bu yolu əsla tərk etmə!» — dedilər..

Sonra onlardan biri Salmanı götürdü: «Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər.» (Yusuf, 20)

Onu tutub, Mədinəli bir yəhudiyə satdılar. Salman, Mədinənin xeyir və bərəkət qoxusunu artıq hiss edirdi. Bu arzunun — yolun sonunun nə olacağını isə, bilmirdi. Lakin, gözləyirdi.. Xurma ağacının başında olduğu anda Kainatın ən Şərəflisinin (Allahın ona salavat və salamı olsun) uzaqlardan gəldiyini gördü. Artıq özünü saxlaya bilmirdi.. Çəkdiyi bütün qəm və qüssələr artıq unudularaq, yerini sevincə buraxmışdı..

«Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbr verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi.» (Qasas, 10)

Onu görmək üçün dərhal ağacdan aşağıya endi. Belə deyirdi:

Ey Nəcdli dostlarım! Mənim əvəzimə burada dayanın.. Bu diyardan bir məltəm küləyi əsdi..

Salmanın ağası bunu eşitdikdə:

«Nə olub sənə?! İşinlə məşğul ol!» — dedi. Salman isə:

«Axı işimlə necə məşğul olum?!» — deyə cavab verdi. Sonra, bütün hekayəsini onlara danışdı.

Rasulullah (Allahın ona salavat və salamı olsun) ilə görüşdükdə rahibin məktubnu Ona çatdırdı..

(Salmanın müsəlman olması ilə bağlı hekayəni, Əhməd b. Hənbəl, «Musnəd» adlı əsərində (23737) «həsən» bir sənədlə rəvayət etmişdir.)

Bu yerdə İbn əl-Qayyim belə buyurur:

«..Ey Muhəmməd! Sən Əbu Talibi istəyirdin, biz isə Salmanı istəyirik. Əbu Talibdən adı soruşulduğu zaman:

«Abdul-Mənaf» (Mənafın qulu) deyərdi. Nəsəbi soruşulduqda, atalarıyla öyünərdi. Malları haqda soruşulduqda isə, dəvələrini saymağa başlayardı..

Salman isə, adı soruşulduğu zaman:

«Abdullah» (Allahın qulu) — deyərdi. Nəsəbi soruşulduqda isə:

«İslamın oğlu» — deyərdi. Malı soruşulduqda:

«Kasıblıq» — deyərdi. Evi soruşulduqda:

«Məscid» — deyərdi. Qazancı soruşulduqda:

«Səbr» — deyərdi. Geyimi soruşulduqda:

«Təqva və təvazökarlıq» — deyərdi. Yastığı soruşulduqda:

«Yatmamaq» — deyərdi. «Nəyinlə öyünürsən?» — deyə soruşulduqda:

«Salman bizdəndir..» hədisini zikr edərdi..

Məqsədi soruşulduqa:

«Onlar Allahın vəchini diləyərlər…» (ar-Rad, 22) ayəsi xatırladardı. Hara getmək istədiyi haqda soruşularkən:

«Cənnətə getmək istəyirəm» — deyərdi. Yoldakı rəhbərinin kim olduğu soruşulduqda:

«Məxluqatın İmamı və ümmətin öndəri — Peyğəmbər (Allahın ona salavat və salamı olsun)» — deyərdi..»

Səhabələr Allah Rəsulunu (Allahın ona salavat və salamı olsun) canlarından çox sevirdilər.. Bu səbəbdən də, Uca Allah onları seçdi, sevdi və üstün etdi.. Sözlərimizi İbn Qeyyimin bu sözləri ilə bitiririk:

«Rəhbərimiz Sən ikən yola çıxsaq, o xoş görünüşün, minikləri yönləndirmək üçün kifayət edər.. Əgər yolu itirsək və (doğru yolu) tapa bilməsək Sənin nurun, yolu tapmamıza yetər..»

 

 

Bu yazıda dahi alim İbn əl-Qayyimin əsərlərindən istifadə olundu.

Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment