Alimlər Əxlaq Hikmətli sözlər İbrət al

Qızıl sözlər…

photo11
Müəllif - feqih

Sələflər ELM öyrənməmişdən öncə, ƏDƏB öyrənərdilər.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İmam əz-Zəhəbi (Allah ona rəhmət etsin) buyurur: «İmam Əhmədin  (Allah ona rəhmət etsin) məclisində (dərsində) beş min tələbə olardı: 500-ü (dərsdə deyilənləri) yazardı, qalanları isə (sadəcə) onun ədəbinə, əxlaqına və davranışına baxardılar (faydalanardılar)…» («Siyər Ə`ləmun-Nubələ» (11/316))

İmam Əhməd (Allah ona rəhmət etsin) buyurur:«Səndən öncə o (Şəriətlə bağlı) mövzuda fikir bildirməmiş (danışmamış) bir imam yoxdursa, o məsələ haqda danışmaqdan çəkin!..» (İbn`ul-Cəvzi «Mənaqib`ul-İmam Əhməd» (səh. 231))

Peyğәmbәrimiz (Allahın ona salavat və salamı olsun) buyurur:  «Ümmәtim üçün qorxduğumun әn qorxuncu — elmlәri dillәrindә, qәlblәri (isә) cahil olan münafiqlәrdir..»(Əhmәd «Musnәd» (1/22). Tәbәrani «әl-Mu’cәmu’l-Kәbir» (18/237) «Lәvamiu’l-UqulşәrhuRamuzә’l-Әhәdis» (1/727))

«Sələflər ELM öyrənməmişdən öncə, ƏDƏB öyrənərdilər..»

Şeyxul-İslam İbnTeymiyyə  (Allah ona rəhmət etsin) buyurur: «…Kafirlər ortaya çıxmışdır.. Bu — müsəlmanların imanlarını zəiflədən əksildən günahlar işləmələri səbəbilədir.. Sonra imanlarını kamala çatdıraraq (günahlarından) tövbə etdikləri zaman, Allah onları dəstəkləyəcəkdir…»  (Kitab: «əl-Cəvab`us-Sahih limənbəddələ din əl-Məsih»)

Hazırladı: Beynəxlaq Mədinə İslam Universitetinin tələbəsi, Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment