Alimlər Hikmətli sözlər İbrət al

Qızıl sözlər… (YENİLƏNDİ)

photo111

Ola bilsinki yatan , yeyən ,oturan Allaha səndən daha yaxın olsun …

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bir kişi Hüzeyfə (Allah ondan razı olsun) yanına gələrək ona belə dedi:
— Ey əbu Abdullah mən münafiq olmamdan qorxuram».

Hüzeyfə (Allah ondan razı olsun) ona cavab olaraq belə dedi :

— Tək olduğun zaman namaz qılıb günah etdikdə isə istğfar edib bağışlanma diləyirsənmi ?»

Kişi «Bəli» — dedi

Hüzeyfə (Allah ondan razı olsun) ona : «Get Allah səni münafiqlərdən etməyib»— dedi. (ət-Tərğib və ət-Tərhib  (1/167))

Səhər və axşam zikirlərinin əhəmiyyəti:

«Əgər zikr edən kəs bu zikirləri etməklə ona hansı əcrlərin hasil olduğunu və bu zikirləri etməklə Allahın ondan neçə-neçə müsübətləri, fitnələri, imtahanları və şərləri dəf edib qaldırdığını bilsəydi bu zikirlərdən qafil qalıb onları nə olursa olsun tərk etməzdi…» (Şeyx Muhəmməd əş-Şinqiti)

İbn Qeyyim (Allahın ona rəhməti olsun) buyurur: «Allah sənə gecə namazlarına durmağı  müvəffəq edibsə o zaman yatanlara alçaldıcı gözlə baxma. Allah sənə oruc tutmağı nəsib edibsə o zaman yeyənlərə alçaldıcı gözlə baxma. Allah sənə cihad qapısın açmışsa o zaman oturanlara alçaldıcı gözlə baxma. Ola bilsinki yatan, yeyən, oturan Allaha səndən daha yaxın olsun. «Sənin gecəni yatıb səhəri peşman durman sənin üçün gecəni namaz qılıb səhəri özünü bəyənməyindən daha xeyirlidir , çünki özünü bəyənənin əməli ucalmaz!!!»  (Mədəric əs-Səlikin)

İmam Şafiiyə (Allahın ona rəhməti olsun) ey imam bizə :

Vacib olan və ondan daha vacibini;
Təəccüblü və ondan daha təəccüblüsünü;
Çətin və ondan daha çətin olanını;
Yaxın və ondan daha yaxın olanın nə olduğu haqda xəbər ver?- dedilər.

İmam Şafii (Allahın ona rəhməti olsun) dedi: «İnsanlara vacib olan günahlardan tövbə etmələri, bundan daha vacib olanı isə o günahı əslən etməmələridir. 

Zaman öz təsarrufunda təəccüblü, insanların bundan qafil olmaları isə ondan daha təəccüblüdür. 

Müsübətlərə səbr etmək çətin, lakin savabları itirmək ondan daha çətindir. 

Arzu və təmənni etdiklərin yaxın, ölüm isə ondan daha yaxındır. 

Ey ağıl sahibi dur və düşün !!!»

İki qiyam

İbn Qeyyim (Allahın ona rəhməti olsun) belə deyir: «Qulun Allah qarşısında iki duruşu vardır. Birinci duruş namazda Onun qarşısında durmaq. İkinci duruş isə qiyamət günü Onun qaşısında durmaqdır. Kim birinci duruşu haqqıyla durarsaş, ikincisi onun üçün asanlaşdırılar, yox əgər birinci duruşda səhlənkar olub onun haqqını verməzsə, ikinci duruş onun üçün çətinləşdirilər.»  (əl-Fəvaid İbn əl- Qeyyim, 273)

Onun düşməni olma!

İbn Qeyyim (Allahın ona rəhməti olsun) belə deyir: «Kim ümməti Rasulallah (Allahın ona salavat və salamı olsun) sünnəsindən başqa bir şeyə çağırarsa o, Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) həqiqi düşmənidir . Çünki həmin şəxs bu əməliylə Onun sünnəsinə tabe olanların əcrinin ona çatmasının qarşısını alır. Bu da Ona qarşı olan ən böyük düşmənçilikdir, alçalıb rəzil olmaqdan Allaha sığınırıq…»Miftəhu dər əs-Səadəti  1/251″)

Hazırladı: Osman Sələfi

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment