Alimlər Hikmətli sözlər İbrət al

Qızıl sözlər… (YENİLƏNDİ)

qizil

«Aşkarda Allahın dostu, gizlində isə onun düşməni olma…»

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu gözəl sözlər düşünülməyə dəyər…

Yahya ibn Muaz (Allahın ona rəhməti olsun)  belə deyir:
«Miskindir Adəm oğlu…
-Kasıbçılıqdan qorxduğu kimi oddan da qorxsaydı,onların hər ikisindən qurtular, 
-Zəngin olmağı istədiyi kimi Cənnəti istəsəydi, onların hər ikisinə  çatar,
-Aşkarda insanlardan qorxduğu kimi gizlində də Allahdan qorxsaydı, hər iki diyarda xoşbəxt olardı».

Alimlərin qədrini bil…
Yəhya ibn Cə’far (Allahın ona rəhməti olsun) belə deyir :
«Əgər öz həyatımdan Muhəmməd ibn İsmailə (yəni Buxariyə) (Allahın ona rəhməti olsun) verib onun həyatını uzada bilsəydim bunu edərdim, çünki mənim ölümüm bir kişinin ölümü olacaqdır, onun ölümü isə elmin getməsidir «.
Qaynaq : Tarix Bağdad

Bidət həlak edir…
İbn Qeyyim (Allahın ona rəhməti olsun) belə deyir:
«Hər bir qulun bir əvvəli və bir sonu vardır. 
Kimin əvvəli bidətlərə tabe olub nəfsinə uymaq olarsa , onun sonu rəzillik ,alçalma ,məhrumiyyət  və bəla olar».
Rovdatul Muhibbin  səh/483

Sən hansındansan ?…
Bilal ibn S’əd (Allahın ona rəhməti olsun) deyir :
«Aşkarda Allahın dostu, gizlində isə onun düşməni olma…»

Düşünənlər üçün…
İbn Quteybə (Allahın ona rəhməti olsun) belə deyir :
«Keçmiş zamanlarda elm tələbəsi öyrənmək üçün qulaq asar ,əməl etmək üçün isə öyrənərdi.
Allahın dinində bilmədiklərini faydalanmaq və fayda vermək üçün öyrənərdi .
İndi isə elmi cəm etmək üçün dinləyər , xatırlanmaq üçün də cəm edər , qalib gəlib fəxr etmək üçün isə əzbərləyər».
əl-Mədxəl əl-Mufassal  (1/13)

Qeyd: İbn Quteybənin (Allahın ona rəhməti olsun) ölüm tarixi isə hicri 276 c-cı ildir.

Hazırladı: Osman Sələfi

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment