Alimlər Əxlaq Hikmətli sözlər İbrət al

Qızıl sözlər… (YENİLƏNDİ)

photo11

Günahlarıma kəffarə olduğu üçün — XƏSTƏLİYİ sevirəm

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

— Məkhuləd-Diməşqi (Allah ona rəhmət etsin) buyurur: «..Kim Allaha yalnız  QORXU  ilə ibadət edərsə, o — HURURİdir (xəvaric),  kim Ona (yalnız) ÜMİDlə ibadət edərsə, o — MURCİƏdir, kim O`na (yalnız) MƏHƏBBƏTlə ibadət edərsə, o — ZINDIQdır, kim Ona (həm ) QORXU, (həm) ÜMİD, (həm də) MƏHƏBBƏTlə ibadət edərsə, o — MUVAHHİD (Tövhidəhli) bir SÜNNİdir..» («İhyə u Ulumu`d-Din» (4/166))

— «Allaha qarşı təvazökarlıq olduğu üçün — KASIBLIĞI, Rəbbimlə görüşməyi dilədiyim üçün — ÖLÜMÜ, Günahlarıma kəffarə olduğu üçün — XƏSTƏLİYİ sevirəm..» (İmam ƏhmədibnHənbəl, «Kitəbuz-Zuhd» (səh. 808))

—  Yəhyə b. Muaz (Allah ona rəhmət etsin) buyurur: «Dua etdikdə onun (Allah tərəfindən qəbul olunmasının) gecikdiyini demə!.. Çünki, sən artıq onun yollarına günahlarınla sədd çəkmisən!..» (Beyhəqi (2/35))

— İbnul Qeyyim (Allah ona rəhmət etsin) buyurur: «..Çalış, QƏLB`in daima bu 3 yerdə olsun: Quran dinləyərkən, Zikr  məclisində, Tək qaldığın vaxt.. ..Əgər bu yerləri tapa bilməsən, Allah`a (جلوعلي) dua et ki, sənə qəlb versin.. ..Çünki, bu o deməkdir ki,sənin qəlbin yoxdur..» («əl-Fəvaid»)

Abu Vaqidəl-Leysi rəvayət edir ki: ...Peyğəmbər (Allahın ona salavat və salamı olsun) camaatla bərabər məsciddə oturarkən, (oraya) 3 nəfər gəldi..Bunlardan ikisi Peyğəmbərə (Allahın ona salavat və salamı olsun)  tərəf yönəldi, biri isə, çıxıb getdi..O iki nəfər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)yanında dayandı..Onlardan biri dövrə halında əyləşmiş camaatın arasında boş yer görüb əyləşdi..O birisi də, onların arxa tərəfində əyləşdi..Üçüncüsü isə, üz çevirib getdi..Peyğəmbər (Allahın ona salavat və salamı olsun) söhbətini bitirdi və belə buyurdu: «…Bu 3 nəfər barəsində sizlərə xəbər verimmi?..Onlardan biri ALLAHa sığındı, ALLAH da, ona sığınacaqverdi…Digəri utandı, ALLAH da, ondan utandı…Üçüncüsünə gəldikdə isə…O üz döndərdi, ALLAH da ondan üz döndərdi…» «Səhih əl — Buxari»

İmam әş-Şafi (Allah ona rəhmət etsin) buyurur: «İnsanlardan tamamilә uzaq durmaq — düşmәnçilik meydana gәtirir. Uzun bir müddәt birlikdә olmaq isә pisliyi (lağ-lağı, artıq zarafat vә s.) gәrәkdirir. Bu ikisi arasında tarazlığı (orta yolu) tut…» (İbn Qudamә әl-Hәnbәli «Muxtasar Minhәc’ul-Qasidin» (sәh. 50))

 

Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment