Oruc

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) orucu

photo15
Müəllif - feqih

Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) Ramazandan digər aylarda bütün ayı oruc tutan görməmişəm.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim imanla, mükafatını Allahdan umaraq Ramazan ayını oruc tutsa, onun keçmiş günahları bağışlanar». (Buxari və Muslim)

2) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazan ayını, üstəlik də Şəvval ayından altı gün oruc tutarsa, bütün ili oruc tutmuş hesab olunar». (Səhih Muslim)

3) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Ramazan ayını oruc tutub hər aydan üç gün oruc tutmaqla gələn Ramazana qədər davam etdirmək il boyu oruc tutmuş sayılar. Ərafa günü oruc tutmaq bir il əvvəl və bir il sonrakı günahların, Aşura günü oruc tutmaq isə bir il əvvəlki günahların bağışlanmasını Allahdan umuram». (Muslim)

4) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Gələn ilə sağ qalsam (məhərrəm ayının) doqquzuncu günü də mütləq oruc tutacağam». (Muslim)

5) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) bazar ertəsi günü və cümə axşamı günü oruc tutmaq barəsində soruşduqda O, «bu iki gün əməllər aləmlərin rəbbinə doğru qalxır. Buna görə istəyirəm ki, əməllərim mən oruc ola-ola qalxsın». (Nəsəi rəvayət etmişdir. əl-Munziri hədisin həsən olduğunu bəyan etmişdir)

6) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) orucluq və qurban bayramı günü oruc tutmağı qadağan etmişdir. (Buxari və Muslim)

7) Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) Ramazandan digər aylarda bütün ayı oruc tutan görməmişəm. (Buxari və Muslim Aişədən rəvayət etmişdir)

Hazırladı: Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment