Dua və zikrlər

Müqəddəs Qurandan dualar (audio səslənişlə — 3’cü hissə)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/3_38.mp3] muqeddes-qurandan-dualar-audio-seslenisle-3cu-hisse

“Sizin ən xeyirliniz Quranı öyrənib və onu başqalarına öyrədəndir.”

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbu Ömər buyurur ki: Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: «Quran oxuyun! Həqiqətən Quran qiyamət günü onu oxuyanlar üçün şəfaətçi olaraq gələcəkdir!» (Muslim 804)

Osman ibn Affan rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Sizin ən xeyirliniz Quranı öyrənib və onu başqalarına öyrədəndir.» (Buxari 5027)

Dua № 26

رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء

/Rabbi həb li mil-lədunkə zurriyyətən tayyibətən innəkə səmi`ud du`ə/

“Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali İmran 3: 38)

Yüklə

Dua № 27

رَّبِّ زِدْنِي عِلْمًا

/Rabbi zidni `ilmə/

“Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.” (Ta ha 20: 114)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/20_114.mp3]

Yüklə

Dua № 28

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ

/Rabbi həb li hukmən və əlhiqni bis-salihin, vac`əl-li lisənə sıdqın fil-əxirinə vac`əlni min varasəti cənnətin-nəim/

“Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et!” (Şuəra 26: 83-85)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/26_83-85.mp3]

Yüklə

Dua № 29

رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا

/Rabbiğfir-li va li valideyyə va limən dəxalə beytiyə mu`minən va lil-mu`mininə val-mu`minəti va lə təzidiz-zaliminə illə təbəra/

“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh 71: 28)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/71_28.mp3]

Yüklə

Dua № 30

رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ

/Rabbi lə təzərni fərdən va əntə xayrul-varisin/

“Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya 21: 89)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/21_89.mp3]

Yüklə

Dua № 31

رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ

/Rabbi həb li minəs-salihin/

“Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (Saffat 37: 100)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/37_100.mp3]

Yüklə

Dua № 32

رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ

/Rabbiğfir varhəm va əntə xayrur-rahimin/

“Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Muminun 23: 118)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_118.mp3]

Yüklə

Dua № 33

رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ

/Rabbi ə`uzu bikə min həməzətiş-şəyətın va ə`uzu bikə Rabbi ən yəhdurun/

“Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (Muminun 23: 97-98)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_97-98.mp3]

Yüklə

Dua № 34

رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ

/Rabbin-surni bimə kəzzəbun/

“Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” (Muminun 23: 26)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_26.mp3]

Yüklə

Dua № 35

رَّبِّ أَنزِلْنِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ

/Rabbi ənzilni munzələm mubərakən va əntə xayrul-munzilin/

“Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!” (Muminun 23: 29)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_29.mp3]

Yüklə

Ardı var Allahın izni ilə…

Hazırladı: Abu AbduLlah

Leave a Comment