Hikmətli sözlər Müxtəlif Quran haqqında Təfsir

Mülk surəsinin fəziləti

photo21
Müəllif - feqih

“Şübhəsiz ki, Quranda otuz ayə olan bir surə var. Bu surə, bir adam üçün şəfaətçi oldu…

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu:

“Təbarəkə (Mulk) surəsi qəbir əzabına maneədir.” (Albani “Səhihul-Cəmi”, 3643)

2) Cabir ibn Abdullah (Allah ondan razı olsun) belə dedi:

 “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Səcdə və Mulk surələrini oxumadan yatmazdı.” (Tirmizi, 3627)

3) Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə dedi:

 “Şübhəsiz ki, Quranda otuz ayə olan bir surə var. Bu surə, bir adam üçün şəfaətçi oldu və onun günahları bağışlanıldı. Bu surə Mulk surəsidir.” (Tirmizi, 3052)

4) Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə dedi:

 “Şübhəsiz ki, Quranda otuz ayə olan bir surə var. Bu surə, onu oxuyan adama məğfirət (bağışlanma) edilənə qədər şəfaət edər. (Bu surə) Mulk surəsidir.” (İbn Macə, 3786; Əbu Davud, 1400; Nəsai)

5) Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) belə dedi:

Peyğəmbər`in (Allahın ona salavatı və salamı olsun) əshabından biri çadırını bir qəbrin üzərində qurdu. O səhabə oranın bir qəbir olduğunu bilmirdi. Birdən Mulk surəsini oxuyan bir adamın qəbri çıxdı. Hətta qəbirdən çıxan adam Mulk surəsini sonuna qədər oxudu. Bunun ardınca o səhabə Peyğəmbər`in (Allahın ona salavatı və salamı olsun) yanına gəldi və:

“Ya Rasulallah! Çadırımı qurdum, amma oranın bir qəbir olduğunu bilmirdim. Birdən Mulk surəsini oxuyan bir adamın qəbri çıxdı. Hətta qəbirdən çıxan adam Mulk surəsini sonuna qədər oxudu.”

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə dedi:

 “Mulk surəsi, (adama əzab edilməsinə) maneədir.” (Tirmizi, 3051)

Hazırladı: Tunar Süleymanlı

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment