İslam tarixi Önəmli günlər Oruc

Məhərrəm ayı

muharram-ayi

Qarşıdan Məhərrəm ayı gəlir…

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra

Allah Təalə belə buyurur: «Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır.» (ət-Tövbə 36)

Həmçinin Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurub: «Zaman, Allah yerləri və göyü yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl on iki aydan ibarətdir. Bunlardan dördü haram aylardır.» (Buxari və Muslim)

Qarşıdan Məhərrəm ayı gəlir. Ona görədə bu ay haqqında bəzi məlumatları təkrarlamaq faydalı olardı. Çünki sələflərin üslübu belə idi. Onlar hər hansı bir mövsüm gəlməmişdən əvvəl onun haqqında elm toplayardılar ki, həmən mövsüm yetişdikdə ondan istıfadə edə bilsinlər.

Bu ayın adı barədə

Suyutinin (Allah ona rəhmət etsin) belə dediyi rəvayət olunur: «Məhərrəm ayını islamdan əvvəlki cahilliyə dövründə Safər əl- Əvvəl adlandırardılar. ( ərəbcə: صفر الأول  ) İslam gəldikdən sonra Allah Təalə onu Məhərrəm adlandırdı». Bu aya «Allahın ayı»-da deyilir. Bunda məqsəd onun şərəfli və fəzilətli olmasını bəyan etməkdir, necəki, Kəbəyə «Allahın evi» deyilir və s.

Məhərrəm ayı haqqında bəzi məlumatlar

1. Bu ay Qurani kərimdə qeyd olunan dörd haram aylardan biridir.

Allah Təalə buyurur: «Bu aylarda özünüzə zülm etməyin.» (Tövbə 36)

Səədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə buyurub: «Bu aylarda zülm etmək qadağan olunub. Baxmayaraq ki, o həmişə qadağandır. Lakin bu aylarda zülm etmək daha şiddətlidir.»

2. Bu ayda tutulan oruc digər aylarda tutulan orucdan daha üstündür, yalnız Ramazandan başqa.

Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) belə buyurub: «Ramazan ayından sonra ən fəzilətli olan oruc Allahın ayı olan Məhərrəm ayının orucudur.» (Muslim)

3. Bu ayda məşhur Aşura günü var.

Aşura günü Məhərrəm ayının onuncu gününə düşür. Həmən günü oruc tutmaq bəyənilən əməllərdəndir. Allahın rəsulundan (Allahın ona salavat və salamı olsun) Aşura gününün orucu haqda soruşulduqda o belə cavab verir: «Keçmiş ilin gunahlarına kəffarədir.» (Muslim)

Aşura günündə Allah Təalə Musanı (Allahın ona salamı olsun) Fironun əlindən xilas edib. Elə buna görə Allaha şükr əlaməti olaraq həmən gün oruc tutulur. Qeyd etmək lazımdır ki, yəhudilər də həmin günü oruc tuturlar. Ona görə də onlardan fərqlənmək üçün Aşura günü ilə bərabər ondan əvvəlki günü də oruc tutmaq müstəhəbdir. Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) həyatının son ilində belə buyurub: «Əgər gələn ilə qalsam mütləq doqquzu oruc tutacam.» (Muslim)

Məhərrəm ayında edilən bəzi bidətlər

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: «Həmən gün xüsusi yeməklər bişirmək, təzə paltar almaq, o gün üçün xüsusi alış-veriş etmək və yaxud həmin gün üçün xüsusi ibadətlər etmək, qarşılıqlı ziyarət etmək və s. Kimi digər əməllər munkər bidətlərdəndir.»

Qeyd etmək lazımdır ki, Aşura günü həmdə Hüseynin (Allah ondan razı olsun) qətlə yetirildiyi gündür. Bunun səbəbi ilə şeytan, bəzi insanlara vəsvəsə edərək bu günü hüzün, qəm və kədər gününə çevirmələrinə nail olub. Onlar həmin günü ağlaşırlar, mərsiyələr deyirlər, çox hissəsi yalan olan rəvayətlər danışırlar. Nəticədə sələfləri, əcdadları söyürlər, onlara lənət oxuyurlar, beləliklədə bu cür əməlləri ilə bidət etmiş olurlar. (Məcmu əl-Fətəvə və Minhəc əs-Sunnə kitablarından.)

Sonda Allahdan istəyirik ki, bizi Məhərrəm ayının fəzilətlərindən istifadə etməyə müvəffəq etsin, sözdə və əməldə ixlaslı və sadiq qullarından etsin. Müsəlmanları öz dinlərini öyrənməyi müvəffəq etsin. Həqiqətəndə O, hər şeyə qadirdir.

Suleymən əl-Cəəsirin «Şəhrullahil-Muhərram. Fədailühu və Əhkəmuhu» kitabından

 Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

25.10.2014

Leave a Comment