İslam tarixi Məqalələr

Mədinə tarixi — Rəşidi xəlifələr dönəmi

photo-medine
Müəllif - feqih

İlk xilafətə Əbu Bəkr Siddiq (Allah ondan razı olsun) başçılıq edirdi.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İlk xilafətə Əbu Bəkr Siddiq (Allah ondan razı olsun) başçılıq edirdi. O Rəsulullahın (Allahın ona salavat və salamı olsun) göndərilməsini əmr etdiyi Usəmə ordusunun Şama tərəf istiqamətlənməsini həyata keçirmişdi. Ordunun uğur və qənimətlərlə geri dönməsi ilə yeni ordular hazırlandı, zəkatı verməyən və mürtəd olan ya da yalançı peyğəmbərliyi iddia edənlərin qarşısını almaq üçün Mədinə, Ərəb yarmadasının təhlükəsizliyinin gücünü ortaya qoydu. Bunun ardınca Şam (Suriya) və İraq fəthi başladı.

Əbu Bəkr Siddiq (Allah ondan razı olsun) vəfat etdiyi zaman (634-cü il) Mədinə Ərəb yarmadasının tam birlik, şimalda Şam torpaqlarının da paytaxtı idi.
Ardınca xilafətə Ömər əl-Faruq (Allah ondan razı olsun) başçılıq etdi. O, güclü bir idarəedici, bacarıq və fərasət sahibi olan bir başçı idi. Xalqı yenidən cihad və fəthlərə sövq etdi, İran və Suriya cəbhələrinə yaydı. Bu torpaqların fəthini Allah onlara nəsib etdi. Mədinəyə də bol miqdarda mal və sərmayə çatdı. Hər doğulan müsəlman uşağa ömür boyu ödəmək şərti ilə maaşlar təyin edildi. Yeni əsgəri və məktub divanları qurdu. Ömər (Allah ondan razı olsun) xalqın işlərini aparmağa da şəxsən nəzarət edirdi. O illərdə Mədinə, xalqı ilə təhlükəsiz, bolluq və inkişaf içində yaşadı. (Milad) 639 –cu ildə bölgədə bir qıtlıq başladı. Mədinə ətrafında xalq “istisqa”ya (Yağış yağması üçün edilən dua) çıxırdılar. Həzrəti Ömər (Allah ondan razı olsun) isə onlar üçün süfrələr açdırırdı. Şəhərlərə məktub yazıb, kömək istəyirdi. O, xalqı bir yerə topladı, Rəsulullahın (Allah ona salavat və salamı olsun) əmisi Abbasla birlikdə yağış namazını qıldırdı. Bununla Allah bulud göndərdi və yağış yağdırdı. Şəhərlərdən də yardım göstərildi. Ömər (Allah ondan razı olsun) eyni zamanda Rəsulullahın (Allah ona salavat və salamı olsun) əmrini yerinə yetirib, qeyri-müsəlmanları Ərəb yarımadasından çıxardı.

Mədinə tər-təmiz oldu, yarımada da sırf Müsəlmanlara qaldı. Ədalət hökm sürdü və bolluq başladı. Amma hicri 24-cü ildə Məhərrəm ayında (M.644) Ömər (Allah ondan razı olsun) xain təcavüzü nəticəsində şəhid oldu. Osman bin Affan (Allah ondan razı olsun) xilafətə keçdi. Xilafətin ilk 6 ilində Mədinə sükunət və bolluq içində yaşadı. Maddi rifah və xoş güzəran var idi. Amma (Hicri 32) ,Milad 652-ci ildədə fitnə toxumları baş qaldırdı. Bunu edən Abdullah ibn Səbə, yəhudidən dönmə idi. Bolluq və Xilafətin mülayim idarəçiliyindən istifadə edən bu münafiq onun ətrafında çoxlu sayda şayələr çıxardı. Mədinədən qovuldu, Kufəyə getdi, oradan Bəsrəyə, oradan da Misirə keçdi. Xəlifə və ətrafı haqqında çeşidli planlar hazırlayır, inqilab tövsiyə edirdi. Beləliklə bir xalq kütləsini ətrafına çəkmiş oldu. Təşkilatlanıb Mədinəyə çatdılar. Oraya çatar çatmaz xəlifənin evini mühasirə etdilər. Onlar Xəlifədən məktub gəlib Misir qubernatorunun bu qrupu qətl etməsini istədiyini iddia etdilər. Ancaq Osmanı (Allah ondan razı olsun) onlardan qoruyacaq gücdə əsgər və polisi yox idi. Onlara qarşı müqvimət göstərə biləcək qoruma imkanı da yox idi. Asilər Mədinəyə yayıldı. Mədinə idarəçiliyinə əl qoydular. Xəlifəni qorumaq üçün Şamdan ayağa qalxan gənclərdən ibarət ordunu isə aradan qaldırıb, fitnəçilər Həzrəti Osmanı evində Quran oxuyarkən öldürdülər.

Bu çətin vəziyyətdə Əlinın(Allah ondan razı olsun) vəziyyətə əl qoyulması xalq tərəfində istəndi. Artıq qırğın düşmədən , israr edildiyi üçün xilafətə keçdi. İlk işi Mədinədə sükunəti və təhlükəsisliyi bərpa etmək oldu. Fitnənin kökünü kəsmək isə ikinci mərhələ idi. Sonra da digər mərkəzləri islah etməklə məşqul olacaqdı. Fitnəçiləri mərkəzdən çixarmağa nail oldu və təhlükəsizliyi təmin etdi. Digər şəhərlərin islahına başladı. Fəqəd fitnə Mədinədən kənara da sıçradı. Əli (Allah ondan razı olsun) fitnənin yayılmasının qarşısını almaq üçün ona yardımçı olanlarla birlikdə hərəkətə keçməyə məcbur oldu. Mədinəyə Səhl bin Xalifi əl Ənsariyi vəkil təyin etdi. Və İraqda-Şamda cərəyan edən böyük hadisələr durulmağa başladı.

O tarixdən etibarən Mədinənin itirdiyi sakitlik geri qayıtdı. Ancaq Əli (Allah ondan razı olsun) camaatı ilə Kufədə və Siffində Müaviyə ilə məşqula olarkən Mədinə sıxıntı keçirdi, xalq arasında çəkişmə başladı, mal sıxıntısı da baş verdi.
Hicri 40, Miladi 660-cı ildə Əli (Allah ondan razı olsun) şəhid edildi. Bunu xaricilərdən Abdurrahman bin Mülcəm etdi. Xalq Həsən (Allah ondan razı olsun) bin Əliyə beyyət etdi. Fəqət bununla da qarışıqlıq dayanmadı. Həsən (Allah ondan razı olsun) Müaviyə hesabına xilafətdən çəkildi. Beləliklə Rəsulullahın möcüzəsi təcəlli tapmış oldu: “ Bu oğlum seyyiddir, İnşaallah onunla iki İslam tayfasının arası düzələr” . Mədinə sakit və əmin amanlıqlı bir diyara çevrildi və yeni Əməvi dövlətinin də bir vilayətinə çevrildi. Şam da paytaxt oldu.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment