Sual-cavab

MƏDİNƏ qrupundan ayın seçilmiş sualları — Yanvar (2014)

madina-post-012014

MƏDİNƏ qrupundan seçilmiş suallar

Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzun və tələbələri cavablandırıb.
Öz suallarınıza da Allahın izni ilə cavab tapmaq üçün, qrupumuza baş çəkin:MƏDİNƏ GRUPU

1. Deja vu
Sual: Bildiyimiz kimi «deja vu» kimi bir anlayış var (fransız dilindən «artıq görmüşəm») deməkdir. Hərdən bir insan bir yerdə olur və yaxud hansı isə bir hadisə verir və insana elə gəlir ki və yaxud insanda elə hissiyat olur ki, elə bil ki, həmin hadisə keçmişdə artıq baş vermişdi və yenə də təkrarlanır. İslamda bu deja vu haqqında görüşü nədir? Alimlər bu barədə nə deyir?

Cavab: Bu, fəlsəfi bir şeydir, İslam dini belə bir şeyi təsdiqləməyib.

2. Qara daşı öpmək
Sual: Kəbədəki qara daşı öpmək hədislərdə gəlibmi? Nəyə görə o daş öpülür və öpəndə məqsəd nə bildirir?

Cavab: Qara daşı öpmək ibadətdir. O daş özü-özlüyündə nə bir xeyir nədə bir zərər verən daşdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öpdüyü üçün bizdə öpürük. Peyğəmbər (Allahın ona salavat vı salamı olsun) etdiyi əməl ibadətdir. Necəki Ömər (Allah ondan razı olsun) qara daşın yanına gələrək öpdükdən sonra demişdir: «Mən bilirəm ki, sən nə bir xeyir nədə bir zərər verənsən. Peyğəmbəri səni öpən görməsəydim məndə öpməzdim.» (Hədisi Buxari 1520, Muslim 1270 və digər hədis alimləri rəvayət etmişlər). Daha doğrusunu Allah bilir.

3. Kəlam elminin haramlığı
Sual: Kəlam elmi bildiyimiz kimi, İslam dinində haramdır. Bəs buna Quran və Sünnədən dəlil nədir?

Cavab: Bu barədə Quran və Sünnədə yetərincə dəlil vardır ki, hər şeydə Quran və Sünnəyə qayıtmalıyıq. Kəlam elmi isə ağılı əsas gütürür. Uca Allah buyurur: «(Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər.» (ən-Nisə 60). Quran və Sünnəni qoyub ağılını irəli çəkən artıq öz ağlını tağut götürmüşdür. Daha doğrusunu Allah bilir.

4. “Müsəlmanın qalası”-nda olan zəif hədislər
Sual: «Müsəlman qalası»-nda zəif hədislər varmı?

Cavab: Bəli var, Şeyx Albaninin hökmləri ilə olan nüsxəsinə baxsanız görərsiniz. Daha doğrusunu Allah bilir.

5. Müasir xəvariclər
Sual: Müasir xəvariclər 5:44 ayəsini bir başa tətbiq edirlər. Belə olan halda onlar Əlini (Allah ondan razı olsun) də təkfir etməlidirlər. Amma etmirlər. Əgər etmirlərsə niyə etmirlər və bir də əgər etmirlərsə onlara niyə xəvaric deyilir?

Cavab: Xeyr elə deyil. Çünki Əli (Allah ondan razı olsun) Qurana müxalif heç bir hökm verməmişdir. Ən düzü budur ki, onlar əslində özləri özlərini takfir etmalidirlar. Çünki onlar Allahın hökmü ilə hökm vermirlər. Özləri günahlar edir, Allahın dinindən elmsiz danışırlar. Allah daha gözəl bilir. Onlara xəvaric deyilir çünki bu xəvariclərin əqidəsidir ki, bu ayəni bir baıa təfsilatsız tətbiq edirlər. Daha doğrusunu Allah bilir.

6. Qibləni təyin edə bilmədikdə
Sual: Məni iş vaxtı hara göndərirlərsə ora gedirəm və namazı fərqli yerlərdə qılası oluram. Çox vaxt qibləni təyin edə bilmirəm. İstədiyim yerdə qibləni seçib namazı qılsam günah sayılacaqmı?

Cavab: Dəyərli qardaş,

1) Çalışın mütləq əvvəlcə namaz qılan və ya qibləni bilən oranın daimi sakinlərindən birindən soruşun. Çünki, bu Allaha ibadətdir, bir-neçə dəqiqə qibləni axtarmağa gedən vaxtla heç nə olmaz inşəAllah, əksinə savabdır.

2) Sonra isə imkan olsa yaxında məscid varsa, orada da qıla bilərsiniz.

3) Əgər qiblənin istiqamətini bilən heç kimi tapmasanız, onda özünüz günçıxanla günbatan arasını tapıb cənuba tərəf yönəlin, sonra bir azca sağ tərəfə durub namazınızı qılın inşəAllah. Lakin yəqin ki, çox vaxt yaxşı axtaranda qibləni bilən tapmaq olur.

Daha düzünü Allah bilir!

7. Yoldaşım namazı tərk edib
Sual: Yoldaşımın imanı zəifdir, namazını dayandırıb, olar ki təkcə cümə namazına getsin? İslamı çox yaxşı bilir ancaq bacarmır, bir neçə dəfə dayandırıb. Nə məsləhət görə bilərdiz?

Cavab: Görünür ki, o İslamı yaxşı bilmir. Çünki, İslamı yaxşı bilən namazı tərk etmir. Siz ona birinci namazı tərk etməyin necə böyük təhlükəli əməl olmasından danışın. Namazlarınızda çoxlu dualar edin, Allahdan onun hidayət olunmasını və islahını istəyin. Cümə günü namaz qılıb digər vaxtlar qılmamaqla heç nə düzəlməyəcək. Zatən İslamı sevməyənləri «cümə müsəlmanlarını» görmək və onların dindən, əməldən uzaqlaşmalarını görmək çox sevindirir. Doğru həll yolu onun tövbə edib gündə 5 vaxt namaz qılması üçün yol axtarmaqdır. Vasitələrdən biri də odur ki, ona yaxın olan imanlı qardaşlardan biri varsa, və ya sözünü eşidib təsirlənəcəyi bir imanlı qardaş varsa, və ya onun qohumlarından bu vəsfdə biri varsa, qoy onunla davamlı ünsiyyət qurub təsir etməyə çalışsın. Digər bir yol sizin öz təsirinizlə bağlıdır. Mömin qadının nail ola biləcəyi ən yaxşı təqva halına nail olmağa çalışın, ibadətlərinizdə daha möhkəm olun və nafilə namazlara fikir verin, çünki, kim Allahla öz arasını düzəldərsə, Allah da insanlarla onun arasını düzəldər və çətinliklərini asanlaşdırar! Allah kömək olsun! Daha doğrusunu Allah bilir.

8. Namazda səflərin düzəlməsi haqda
Sual: 1) Namazda topuğu-topuğa birləşdirmək lazımdır, yoxsa ayaqlar bir birinə dəysə kifayətdir? 2) Sıraları dabanlarla, topuqlarla yoxsa ayaqların barmaqları ilə düzmək lazımdır. Hansı ilə düzdür? Zəhmət olmasa dəlil gətirərdiniz.

Cavab: 1) Namazda topuqları birləşdirmək sünnətdir.

2) Sıralar da topuqlarla düzəldilir. Dəlil də, Nomən bin Bəşir (Allah ondan razı olsun) deyir ki: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səflərimizi elə düzəldərdi ki, biz bunu heç vaxt tərk etməzdik, Peyğəmbər (Allahın ona salavat və salamı olsun): «Ey Allahın qulları səflərinizi düzəldin, yoxsa Allah qəlblərinizi ayırar.» Noman deyir: Ona görə də biz səhabələr topuqlarını və çiyinlərini bir birinə birləşdirərdilər.» (Muslim 436, Əbu Davud 663, Nəsai 810, Tirmizi 2027). Daha doğrusunu Allah bilir.

9. İslamı qəbul etdikdə qüsl almaq
Sual: İslamı qəbul etdikdə bildiyimiz kimi qüsl almaq lazımdır. Bu qüsldan sonra dəstəmaz almaq lazımdır ya yox? Bu qüsldan sonra əlavə cünub qüslu almaq lazımdır? Bir də əgər bir insan əvvəl coğrafi müsəlman idisə, namaza başlayanda həmin İslamı qəbul etdikdə qüslu almaq lazımdır ya yox? Və bu halda həmin coğrafi müsəlman nə etməlidir?

Cavab: Qüsl almaq kafir bir insan islama girəndə olur. Amma cahil bir insanın qüsl almasına ehtiyac yoxdur, tövbə edib ibadətə başlayır. Amma üzərində cənabət varsa o zaman cənabət qüslü alır. Daha doğrusunu Allah bilir.

10. İt saxlamağın hökmü
Sual: Bir bacı həyətində çoxlu it saxlayır, onlar balaladıqlarına görə çoxalıblar. Bu itləri dəniz kənarına aparıb azdıra bilər? Amma ola bilər ki, onlar orda ac qalsın, ola bilər ki, lap oldurədə bilərlər.

Cavab: Bəli aparıb azdırsın. Çünki evdə səbəbsiz it saxladıqda hər gün ev yiyəsinin savabından bir qirat azalır. Bir qirat da bir uhud dağı qədərdir. Daha doğrusunu Allah bilir.

Sual: Bəs heyvanlar yazıq deyil? Olmazki bağlı yerdə saxlasın? Bəlkə dəniz kənarında acından öləcəklər.

Cavab: Evdə it lazımsız yerə saxlamaq olmaz. Acından ölməzlər, Allah hər bir məxluqun ruzisini də, əcəlini də yazıb. Bizim borcumuz şəriətə tabe olmaqdır.

Sual: Mən saxlamaq lazımdı demirəm. Amma necə yəni ki lazımsız yerə?

Cavab: Şəriətdə müəyyən hallarda it saxlamağa izn var, bunun xaricində it saxlamaq caiz deyildir: ov üçün, mal qaranı qorumaq üçün və əkini qorumaq üçün.

11. Cahil, kafir və ya müşrik olan qohumlarla əlaqə saxlamaq
Sual: Qohumluq əlaqələrinin kəsilməsi haramdı. Bu ancaq müsəlman qohumlara keçərlidi yoxsa kafir və ya müşrik qohumlarla da əlaqəni kəsmək olmaz?

Cavab: Xeyr bu ümumən qohumlara aiddir. Əgər onlar müsəlmandırlarsa onların iki haqqı var: İslam haqqı və qohumluq haqqı. Təbii ki, burda qəsd yaxın qohumlardır, məsələn valideyn və qardaş bacı və s. Onlar kafir də olsalar əlaqə kəsilmir. Düzünü Allah bilir.

Sual: Əmiuşağı bura aiddir?

Cavab: Əgər naməhrəmdilərsə o zaman əlaqəni kəsir. Amma əmiqızı, dayıqızı ilə əlaqə saxlamaq gərəkir, ən azından telefon əlaqəsi saxlamaq lazımdır ki, bəlkə də sizin onlarla əlaqəniz onların hidayətinə səbəb oldu.

12. Qadının qara geyinməsi
Sual: İslamda qadının qara rəng giyinməyi önəmlidir mi? Əgər önəmlidirsə xaiş edirəm dəlillərnən yazasınız.

Cavab: Xeyir qara geyinmek şərt deyil. Ancaq hicabın başqa şərtləri var. Daha ətraflı:

Qadının geyimi — Hicab
Hicablanmaqdan həya edən bacım…

13. Qeybət sayılırmı?
Sual: Bir müsəlman haqqında danışırsan lakin qeybət edib-etmədiyini (danışdıqlarının onun xoşuna gəlib gəlmədiyini) bilmirsən, bu hal qeybət sayılır? Bidət əhlindən (müəyyən bidətçi şəxslərdən) danışmaq olar?

Cavab: Bunu qayda olaraq götürün ki, əgər eyni dediyiniz söz sizin haqqınızda deyilsə razı olarsınız? Əgər razı olmazsınızsa o zaman başqası haqda da deməyin. Əgər şübhəli qalsanız, o zaman da şübhəni tərk edərək çəkinin və həmi sözü deməyin. Daha doğrusunu Allah bilir.

14. Yoldan nəsə tapdıqda
Sual: Yerdən (yol kənarı və s.) müəyyən məbləğdə Pul və ya Əşya tapdım və ətrafa da xeyli nəzər saldım amma heç kimi görmədim, bu halda tapdığım mənə halal sayılırmı?

Cavab: Əgər tapdığınız məbləğ kiçik bir məbləğdirsə-yəni sahibi onu axtarmayacaqsa (məsələn 1-2 azn), bu zaman onu götürə bilərsiniz. Yox əgər böyük məbləğdirsə, bu zaman elan verib bir il də gözləməlisiniz, əgər bir il ərzində sahibi gələrsə qaytarırsınız. Əgər gəlməzsə bu zaman xərcləyirsiniz. Daha doğrusunu Allah bilir.

15. Video çəkməyin hökmü
Sual: Video çəkmək haqda alimlər ixtilaf ediblər və bəziləri dəvət ücün videolari çəkməyi caiz gorüblər, bəs dəvət ücün olmayan digər videolari çəkməyin hökmü nədir?

Cavab: Sizin sualınızda cavab var, çünki sualda qeyd etdiniz ki «dəvət üçün video çəkməyi caiz görüblər» və bunun əksi qadağandır. Şeyx ibn Bəzz və İbni Useymin də (Allah hər ikisinə rəhmət etsin) məsləhət olan şeyləri çəkməyə icazə vermiş və məsləhət olmayan şeyləri çəkməyi qadağan etmişdir, məsləhət olan şeylərə misal: İnsan nəyisə sübüt etmək istəyirsə onu çəkmək, eləcədə uşaqlara fayda verən videolar çəkib uşaqları televizor bəlasından qurtarmaq məqsədi ilə çəkilən videolar. Daha doğrusunu Allah bilir.

16. Qarabağda döyüşmək
Sual: Əgər Qarabağda müharibə elan olunsa bu müsəlmanlar üçün cihad sayila bilər? Yəni cihad hökmü ola bilər?

Cavab: Müsəlmanlar üçün canlarını, mallarını, dinlərini qorumaq üçün Cihad şübhəsiz ki vacib olacaq, bəli. Daha doğrusunu Allah bilir.

17. Kreditə telefon almaq
Sual: Kreditə telefon götürmək olar?

Cavab: Faiz yoxdursa olar. Daha doğrusunu Allah bilir.

18. Zamanı söymək barədə olan hədis
Sual: Burada əziyyət dedikdə nə nəzərdə tutulur? İnsanın dili ilə qazandığı günahlardan biri də zamanı söyməkdir. Günahın bu növü də cəmiyyətdə geniş yayılmışdır. Dini cəhətdən elmsiz insanlar heç fərqinə varmadan zamandan şikayət edir və zamanı söyürlər. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Uca Allah dedi: Adəm övladı zamanı söyməklə mənə əziyyət verir. Zamanı pisləyir, zaman isə Mənəm. Mən gecə və gündüzü biri-biri ilə əvəzləyirəm.» (Səhih əl-Buxari)

Cavab: Tövhid kitabının şərhi olan Fəthul-Məcid kitabında deyilir ki: «Şərhu Sünnə» əsərində bunun mənası: Ərəblərin adətindən idi ki, başlarına bir iş gəldikdə zamanı qınayır və söyürdülər. Çünki, onlar öz başlarına gələn xoşagəlməz halları və müsibətləri zamana nisbət edir və deyirdilər: «Onları zaman düçar etdi və zaman mane oldu. Bunu da zamana nisbət etdikdən sonra onu edəni (failini) söyməyə başlayardılar. Beləcə söyüşün nisbəti Uca Allaha aid edilmiş olurdu. Əslində onların vəsf etdikləri işi görən (zaman timsalında yəni) Allahın özüdür. Sonra da zamanı söymək onlara qadağan olundu.». Əziyyət isə söyüşdəki gizli nisbətin Allaha yönəlməsi isə bağlıdır. Bir hədisdə isə Allah buyurur: «Zamanı söyməyin, çünki, zaman Mən özüməm.». Daha doğrusunu Allah bilir.

19. İlk öncə qız övladı dünyaya gətirmək
Sual: Bilmək istərdim ki, «İlk olaraq qız övladı dünyaya gətirmək əməlisaleh qadının əlamətlərindəndir.», «İlk olaraq qız övladı dünyaya gətirən qadın Allahın mərhəməti altındadır.» — bu barədə hədislər səhihdirmi?

Cavab: Xeyr, bu hədislərin heç biri səhih deyildir. Düzünü Allah bilir.

20. Xəstəlik səbəbi ilə əlaqəni kəsmək
Sual: Bir kəs xəstə olan bir kimsə ilə təması kəsə bilərmi? Ona o xəstəliyin yoluxmamasını səbəb tutaraq. Bunu etmək düzgundurmu? (Qrip və s. xəstəliklər)

Cavab: Əgər xəstəlik keçicidirsə qorunmaq səbəbi ilə həmin şəxs sağalana qədər uzaq durmaq lazımdır. Hədisdə gəlir ki, «Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç.» (Buxari 5707). Başqa hədisdə: «Əgər bir yerdə taun varsa o yerə girməyin, əgər bir yerə taun gələrsə o yerdən çıxmayın.» (Buxari 5729, 5730, Muslim 5915). Daha doğrusunu Allah bilir.