Dua və zikrlər

Küfür və şirkdən qorunma

dua_1

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Küfür və şirkdən qorunma

  • Yatmaqdan öncə əl-Kəfirun surəsinin oxunması

Bir dəfə Fərua ibn Nofəl (Allah ona rəhmət etsin) peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın rəsulu! Mənə yataqda deyilən kəlmələri öyrəd”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “De ey kafirlər…” surəsini oxu, həqiqətən o şirkdən qoruyur”. ət-Tirmizi, 3403; Abu Davud, 50554; Əhməd 5\456. Şeyx əl-Albani hədisin səhih olduğunu bildirmişdir. Bax “Səhih əl-cəmi” 292.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin içinizdə gizlənən şirk bir qarışqadan daha gözə görünməzdir (hissedilməzdir). Lakin mən sənə elə bir şey öyrədəcəm ki, onun vasitəsi ilə sən həm kiçik həmdə böyük şirkdən qurtula biləcəksən. De: “Ey Allahım, Sendən qeyrisinə ibadət etməkdən Sənə sığnır, və bilmədiyimə görə Səndən bağışlanma diliyirəm!” Əhməd 4\403. Şeyx əl-Albani səhih demişdir. Bax “Səhih ət-Tarğib” 1/19.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ وَأَسْتَغْفِرُكَ لِمَالاَ أَعْلَمُ

“/Allahummə inni əuzu bikə ən uşrikə bikə ua ənə ə‘ləm ua əstəğfirukə limə lə ə‘ləm/”.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha