Əxlaq İbrət al Müxtəlif

İtirdiyimiz qardaşlıq

qardash

Aləmlərin rəbbi olan Allaha həmd-səna olsun. Sonuncu Peyğəmbər və Rəsulullah olan Muhəmmədə, onun ailəsinə, cəmi əshabələrinə Allahın salavatı və salamı olsun.

 

Subhənəllah… sanki bu sözlər əsl mənasıyla mənə indi çatdı…
Ömər Allah ondan razı olsun sübh namazına camaata birisinin gəlmədiyini görüb, həmən yerindən qalxıb adama baş çəkir, anası (ya da zövcəsi) o bu gecə səhərə qədər ibadət etdi səhərə də yatıb qaldı.. Dedi
Ömər pərişan halda dedi: “And olsun ki, mənim üçün camaatla namaz qılmaq daha əfzəldir.”
Evdə qılması bir yana, camaat namazına gəlməməsi üzdü onu…
Ərinmədi, dərhal həmin adama baş çəkdi.
Niyə getdi..? Ona görə ki, onlar bir birilərinə qarşı belə ciddi və qayğıkeş idilər.

İndi baxaq, bugünki qardaşların halına

İndi kim Ömər kimi gəlib səni, ya başqasını namazdan ötrü, camaata gəlmədiyi üçün çağırar və ya tənbeh edər?!

Kaş etsəydilər…
Bir-birilərinə qarşı qardaşlığı, mühacir və ənsarlar kimi etsəydilər…
Kaş qardaşlar qardaş olmağın nə demək olduğunu haqqıyla anlasaydılar…
Anlamış olsaydılar, kimsə aralarında baş verən dünyalıq heç bir şeyə görə, azacıq da olsa dəyişməzdi.

Münasibətlər zəiflədi…
Hansıki geriyə çönüb baxsalar, necə tanış olduqlarını, hansı imanla gəldiklərini, bir-birlərinə qarşı necə yaxşılıqlar etdiklərini xatırlayıb, olub-keçənlərə qardaş sevgisi yönündən baxsalar, heç şübhə etmirəm, dərhal əvvəlkindən daha çox münasibət qurmağa qərar verərdilər…
Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sözünə bax, “ey insanlar qardaş olun!”
Nə deməkdir, qardaş olun?!
Bu haqda cild-cild kitablar yazmaq olar…
Bu sözün dəyərini bilmək üçün onu kimin söylədiyini bilmək və mahiyyətinə varmaq kifayət edər…
Bu sözləri kim deyib?! O, Allahın Sidrətul Muntəhəyə götürdüyü kimsə. O kimsə ki, möhtərəm mələk Cəbrail oraya gəldiyində geri çəkildi və peyğəmbəri (sallallahu aleyhi və səlləm) qabağa verdi.

Subhənəllah, bax o şərəfli peyğəmbər QARDAŞ OLUN! dedi.
Amma qardaşların bugünki halına baxın…
“Əxi” deməklə, çoxlarınız sanki bir ləqəb söyləyirsiniz, axı, bu söz əməldə gerçəkləşmək üçündür…
Bu kimi neçə-neçə dəyərlərə gərəksiz yanaşdığımiz üçün, bərəkətsizlik, İman şirinliyinin itməsi, ibadətlərin quru bir vərdişə çevrilməsi, zikr, namaz və nafilə ibadətlərə düşgünlüyümüzün olmaması və s. bu kimi bilmədiyimiz gizli cəzalarla üz-üzəyik…
Fitnələr artdı…
Artıq qardaşların yenidən bir araya gəlmə zamanıdır…
Kimlər ki, kinlidir, qəlbləri bir-birindən sınmışdır, məhz, onlar Allah üçün birləşməli, Allah üçün sevməlidirlər.
Bax, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu mənada nə gözəl deyib:
“İmanın şirinliyini dadmaq istəyən, qardaşını Allah üçün sevsin…!”
Subhənəllah, yaxşı qardaşı: yəni səni incitməyən, səninlə anlaşan birisini sevmək çox asandır…
Allah üçün sevmək isə o deməkdir ki, “Allahım, sən bilirsən ki, qəlbim ondan qırılıb, ama Sənin üçün, Peyğəmbərimin “Qardaş olun!”, “Bir-birinizə kin bəsləməyin!” – buyurduğunu örnək tutaraq, daxilən mənə ağır olsa da, nəfsimə çətin gəlsə də, Sənin rizan üçün bunu edirəm… və qarşılığını yalnız Səndən umuram…”
Subhənəllah, o anda Allah yanında dərəcən yüksəlməzmi?!
Belə etsən, nəfsini tərk edirsən, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) sözünü gerçəkləşdirirsən, qarşı tərəfə və başqalarına örnək olursan. Halbuki bu əməlində bilmədiyin neçə-neçə xeyirlər vardır.
Ən əsası iman şirinliyidir…
Xeyirlərə mane olan yalnız gunahlardır
Subhənəllah, imam Şafii (Allah ona rəhmət etsin) hafizəsindən şikayət edir, müəllimi ona deyir ki, Allaha qarşı günah etməkdən əl çək!
O cür müdrik alim Şafiiyə (Allah ona rəhmət etsin) deyir ki, asiliyindən əl çək!
Bəs, bizə nə deyərdilər görəsən?!
Hər halda bizi mömin görməzdilər…! Allah bilir düzünü…!
Şafi günahını axtarır və yadına salır ki, istəmədən bir qadının topugunu görüb
Diqqət!!! İstəmədən…
Yoxsa neçə dəfə belə vəziyyətlərə düşürük! O qədər adiləşib ki, günah olduğu bizi narahat etmir, tövbə də etmək nəsibimiz olmur!
Etdiyimiz əməlin günah olduğunu görə bilməmək hissinə düçar olmaqdan Allah bizi qorusun!!!
Ən kiçik günaha görə olsa da, sıxıntı hissi keçirmək həqiqətən özlüyündə bir nemətdir..
Ona görə də xeyir əməllərə nail olmaq üçün gərək insan ilk öncə günahlardan tövbə ilə təmizlənsin. Yoxsa, günahların o qədər pis aqibəti var ki, onlardan təmizlənmədikcə xeyirə çatmağı murad etmək faydasızdır.
Sonra da təəccüb edirik ki, niyə qəlbimiz rahat deyil?!
Niyə pisliyə yaxşılıqla qarşılıq verməyə, bizi incidəni əfv etməyə, aramızda küskünlük yaşadığımız insanlara qarşı ilk barış addımını atmaga acizlik göstəririk?!
Öncə nəfsimə, sonra bütün oxuyanlara fayda olar deyə xatırlatma ehtiyacı duyduq…
Əgər hələ də aramızda bu hallar yaşanırsa, elə ilk əvvəl özümüzdən başlayaraq zərrə qədər də olsa sülhə, barışa doğru kiçicik bir addım belə atmağa cəhd edək.
Unutmayaq, təkəbbür qəlb xəstəliyidir. Ancaq bu xəstəlikdən salamat olsaq Allahın izni ilə bu «addımları» atmaqda cəsarət tapacağıq.
Allah hamımıza bütün xeyirli yollarda addımlamağı nəsib etsin! Amin

Hörmətlə Feqih.com heyəti