Əxlaq Hikmətli sözlər Səhabələr

İbn Məsuddan (Allah ondan razı olsun) hikmət dolu sözlər…

photo3
Müəllif - feqih

Az olub kifayət olan , çox olub, işə yaramayan şeydən daha xeyirlidir.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

— Sözlərin ən doğrusu — Allahın kitabıdır.

— Ən möhkəm düyün — təqva kəlməsidir.

— Ən xeyirli din — İbrahimin (Allahın ona salamı olsun) dinidir.

— Ən gözəl sunnə — Rasulullahın (Allahın ona salavat və salamı olsun) Sunnəsidir.

— Ən gözəl yol — Peyğəmbərlərin yoludur.

— Sözlərin ən şərəflisi — Allahı zikr etməkdir.

— Ən xeyirli hekayə — Qurandır.

— Bütün işlərin ən xeyirlisi — dindən olanlardır, bütün işlərin ən pisi isə — dinə sonradan əlavə olunanlardır (bidətlər).

— Az olub kifayət olan , çox olub, işə yaramayan şeydən daha xeyirlidir.

— Nəfsin xilas olması — xeyirsiz nəfsi istəklərdən daha xeyirlidir.

— Üzrlərin ən şərlisi — ölüm anında edilən üzrdür.

— Peşmanlığın ən pisi — Qiyamət günü olan peşmanlıqdır.

— Zəlalətin ən şərlisi — hidayətdən sonra olan zəlalətdir.

— Zənginliyin ən xeyirlisi — könül zənginliyidir.

— Azuqənin ən xeyirlisi — təqvadır.

— Qəlbdə olan ən xeyirli şey — yəqindir.

— Şübhə isə — küfrdəndir.

— Ən şərli korluq — qəlbin korluğudur.

— İçki — bütün şərlərin anasıdır.

— Azğın qadınlar — şeytanın ipləridir.

— Pis gənclik — dəliliyin bir şöbəsidir.

— Ölülərə həddindən artıq ağı demək — cahillikdəndir..

 

İbn əl-Qayyim “əl-Fəvaid” kitabı.

 

Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment