Məqalələr

Heyvanlara bənzəmək

xeyvanlara-benzemek

“Özünü heyvanlara bənzədənə Allah lənətləmişdir”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah insanı bütün məxluqatın ən üstünü olaraq, yaratmış, onu digərlərindən fərqləndirən gözəl biçimdə yaratmış, ağıl neməti ilə şərəfləndirmişdir. Bu barədə Qurani Kərimdə deyilir: “Biz, Adəm oğullarını hörmətli etdik” (Quran, İsra, 70).

Digər ayədə: “Biz insanı ən gözəl surətdə yaratdıq!” (Quran,Tin, 4).

Bununla yanaşı İslam dini insanı özündən zəif digər canlılara qarşı mərhəmətli olmağa çağırmış, onlara zülm etməməyi, haqlarını ödəməyi buyurmuşdur.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) heyvanlara qarşı gözəl münasibətdə olmağı buyuraraq belə demişdir: “Heyvanlara qarşı mülayim olun. Mülayimlik içində olduğu hər şeyi bəzəyir. Kobudluq isə ikrah hissi doğurur.”  Muslim.

h2Lakin günümüzdə bəzən heyvanlara məhəbbətin ifrat təzahürlərinin şahidi olmaq mümkündür. Bu, özünü həm qadağan olmuş nəcasət hesab edilən heyvanların evlərdə saxlanmasında, həm də ümumən insanın şərəfli yaradılışını unudaraq, özündən xilqət olaraq aşağı canlılara bənzəmək istəməsində göstərir. Halbuki İslam dini bunu qadağan etmişdir.

İbn Ömər (Allah onlardan razı olsun) Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Özünü heyvanlara bənzədənə Allah lənətləmişdir”. Nəsai. Şeyx Albani səhihləmişdir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) gözləri pişik, ilan və s. Heyvanların göz bəbəklərinə bənzədən kontakt linzaların istifadəsi barədə verilən suala cavab verərkən belə demişdir:

-Əgər bununla gözlər məsələn, pişik və ya dovşan və ya qeyri heyvanların gözünə bənzəyəcəksə, bu caiz deyil.  Çünki Quran və Sünnədə heyvanları təqlid etmək həmişə məzəmmət edilən xislət olaraq bildirilmişdir. Allah belə buyurur: Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr. Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!” (Quran, Əraf, 176-177).

Həmçinin: “Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.” (Quran, Cümə, 4).

Eləcə də Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Hədiyyə verdiyi əşyanı geri istəyən öz qusuntusu yeyən itə bənzəyir”. Həmçinin demişdi: “Biz xasiyyət bizlərə aid deyil”. Başqa hədisdə: “İmam cümə xütbəsi verərkən danışan insan kitab yüklü uzunqulağa bənzəyir”. “Fətəva nurun alə dərb”, 535.

h1Şeyx Useyminə (Allah ona rəhmət etsin) verilən başqa bir sualda isə heyvan səslərini təqlid etməyin icazəli olub olmadığı soruşlduqda, o, hətta sərçə səsinin belə təqlidinə icazə verməmişdir. Hədislərdə gələn səhabələrə verilən “Allahın aslanı” kimi kunyələrə gəldikdə isə bunun təqlid yox, zərb-məsəl olduğunu bildirmişdir. “Liqa əl-bəb əl-məftuh”, 219.

Eləcə də İbn Teymiyyə (Allah ona rəhmət etsin) insanın öz ləyaqətini qorumasını lazım olduğunu bilrmiş və heyvanları təqlid etməyin qadağan olduğuna dair fətvalar vermişdir. “Məcmu əl-fətəva”, 32/256-260.

Bütün bunlardan aydın olur ki, xüsusən müsəlman sosial şəbəkələrdə nəinki özlərinin şəkillərini qoymaqla kifayətlənməyən, üstəlik də it, dovşan, ceyran, aslan kimi heyvanları təqlid etməkdən həzər etməlidir.  Eləcə də övladların istər geyimində istər davranışlarında  heyvanlara bəznətməkdən çəkinmək gərəkdir.

Mömin Uca Rəbbinin üzərindəki nemətini xatırlamalı, dəyərli, vüqarlı yaradıldığını unutmamamlı ləyaqətini alçaldan həqir, şərəfsiz davranışlardan uzaq durmalıdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti