Əxlaq Seçilmişlər

Hənif dininin dəvət etdiyi böyük haqlar

henif-dininin-devet-etdiyi-boyuk-haqlar

“Xatırlat, çünki, xatırlatmaq möminlərə fayda verər.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Həqiqətən də insanlar Allahın, peyğəmbərin, valideyinlərin, Qonum-qonşunun və yaşlı kimsələrin haqlarını yaxşı bir şəkildə xatırlanmasına ehtiyac duyurlar.

Bu hüquqları xatırlamaq xeyirə böyük bir giriş qapısı, islah və qurtuluş üçün yoldur. Müsəlman kimsə isə gərək xatırladıldığı zaman xatırlasın, xeyir yolu göstərildiyi zaman o yolla getsin. Uca Allah buyurmuşdur: “Xatırlat, çünki, xatırlatmaq möminlərə fayda verər.” (əz-Zəriyət, 55)

Gərək müsəlman kimsə bu mübarək şəriətin, İslam şəriətinin gözəlliyi, bu dinin ədalət dini olması və hər bir haqq sahibinin haqqını vermək həqiqətinə çatsın. Necə ki, Allahu təala buyurmuşdur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.” (ən-Nəhl, 90)

Müsəlman kimsə gərək bu haqları yerinə yetirsin. Bir şeyi itirmiş kimsə onu başqasına verə bilmədiyi kimi, Allahın, peyğəmbərin, valideynin, qonşunun, yaşlı kimsənin və digərlərinin haqlarını bilməyən biri necə onların haqlarını əda edə bilər? Necə ədalətli ola bilər?

Buna görə də ən mühüm şeylərdən və ya vacibatlardan biri də haqları öyrənməyə diqqət göstərməkdir. Müsəlman gərək bu haqları geniş, tam şəkildə yerinə yetirmək üçün diqqət göstərsin və (əvvəlcə özünün) buna əməl etməsi qəsdiylə bunu öyrənsin. Bunun kimi o gərək mütləq şəkildə o haqları Allaha ibadət və ona yaxınlaşmaq olaraq yerinə yetirsin ki, bu bilgi (yəni, haqlara yaxşı bələd olmaq) sadəcə bilmək, məlumatı artırmaq, elmin çoxalması qəbilindən və ya bunlar kimi bir qəbildən olsun. Bu isə elmdən qəsd olunan şey deyildir. Buna görə də Əli ibn Əbu Talib demişdir: “Elm əməllə əlaqələndirilir, əgər ona uyğun gələrsə (hasil olar), əgər uyğun gəlməzsə, o gedər.” (Xatib “İqtidau əl-ilmu əl-Əmələ” 40)

Onda deməli, bu məlumat ya sənin lehinə, ya da əleyhinə hüccət olmaqdan xali deyildir.

Əgər xeyir, haqq və doğru olan şeylərdən sənə göstərilənləri etməyin və eşitdiyini tətbiq etməklə buna diqqət göstərsən, bu sənin lehinə olar. Əgər bu məlumat və elmlərdən sənin payın sadəcə eşitmək olarsa, “Quran ya sənin lehinə, ya da əleyhinə hüccətdir”. (Muslim, 328) Necə ki, bunu Allahın elçisi söyləmişdir. Bu isə bizim hər birimizdən bu haqları eşitdiyimiz zaman öz qəlbimizdə Allah və özümüz arasında yaxşı niyyət tutmağı gərəkdirir. Bu, onu yerinə yetirmək, onu tamamlamaq və kamilləşdirmək üçündür. Belə olduqda onun nəfsi əmələ hazır olar və dinləyər. Bu, onun nəfsinin etiraz edən, sonraya saxlayan, zəiflik göstərən olması üçün deyildir. Bunun mislində olan bir şeydən faydalanmaq olmur.

Buna görə də ibn Qeyyim (Allah ona rəhm etsin) “Xoşbəxtlik evinin açarı” əsərində qeyd etdiyi kimi bizə bunu yerinə yetirməyə ehtiyacımız iki növlə vardır: “Hər bir insanın kamilliyi yalnız bu iki növlə tamamlanır: “Yüksəldici həvəs, göstərici və yola yönəldici elm.” Çünki səadət və qurtuluşun mərtəbələri qula bu iki cəhətdən və ya bunların birindən gəlir. Ya onun o barədə elmi olmur və onu tələb etmək üçün hərəkət etmir və ya o haqda (səadət haqqında) elmi olur, lakin ona yönəldən həvəsi olmur.” Bu iki şey ən mühüm olan iki məsələdir; Səni haqqa, doğru yola yönəldən elm və səni ayağa qaldıran uca həvəs. Yəni, bu xeyir cığırlarında və fəzilət yollarında baş verir. Əgər insanın buna elmi olar, lakin onun əməl etməyə həvəsi olmazsa, onun əməli öz əleyhinə hüccət olar. Əgər onun elmi olmadan yüksək həvəsi olarsa, onda onun işləri gözündə zəiflik olan dəvə kimi gedər.

Bizim faydalı bir elmə ehtiyacımız olduğu kimi, həmçinin insanı bu vacib haqları eda etməyə sövq edən yüksək həvəsə də ehtiyacımız vardır. O həvəs ki, hər bir müsəlman kişiyə və qadına o haqları vacib edir.

Həqiqətən də qürurumuz olan şəriətimizin gözəlliyindəndir ki, o, gözəl əxlaq və onun yüksək xüsusiyyətləriylə gəlmiş, əxlaqi rəzillik və aşağılıqdan çəkindirmişdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.” (Əhməd/ 8952, Buxari “Ədəbul-Mufrad”/ 273, Əbu Hureyrənin hədisindən, əl-Albani səhihləşdirmişdir.)

Həmçinin, peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mənə ən sevimli olanınız və qiyamət günü mənə ən yaxın olanınız əxlaqı ən gözəl olanınızdır.” (Tirmizi/ 1941, Cabirin (Allah ondan razı olsun) hədisindən. əl-Albani “Sahihul-Cami”də: “həsən” demişdir/2201)

O (Allahın ona salavat və salamı olsun) həmçinin, buyurmuşdur: “Həqiqətən də mömin kimsə gözəl əxlaqı ilə (gündüzləri) oruc tutanın, (gecələri) ibadətdə oyaq keçirənin savabını qazanar.” (Əhməd/ 25013, Əbu Davud/ 4165, Aişənin hədisindən. əl-Albani “Sahihu ət-Tərğib vət-Tərhib” əsərində səhihləşdirmişdir/ 2643)

Gözəl əxlaq bu şəriətin dəvət etdiyi xüsusiyyətlərdən biridir; Bu şəriət Allahla, Onun peyğəmbəriylə (Allahın ona salavat və salamı olsun), Allahın qullarıyla kamil ədəb və yüksək əxlaqda olmağa dəvət etmişdir. Bu mübarək ədəblər və yüksək əxlaqlardır. Bu əxlaqlarla bu dinin mətanəti və kamilliyi, tamlığı və yüksəkliyi təcəlli edir.

Həmçinin, bu dinetiqadları, ibadətləri, ədəb və əxlaqlarıyla gözəlliklər dinidir. O zaman ki, bəzi müsəlmanlar bu nöqtəyə diqqət yetirməyə laqeyd yanaşdılar, insanların bu istiqamətdən (gözəl əxlaq vasitəsilə) dini qəbul etmələrinin təsiri zəiflədi. Əgər iman əhli öz dinlərinin onları çağırdığı haqlara, vacibatlara, ədəb və gözəlliklərə riayət etsəydilər və onlarda bu xüsusiyyətlər biruzə verərək zahir olsaydı, onda bu İslam dinini qəbul etmək üçün ən böyük qapılardan biri olardı. İslam ümmətinin şahidi olduğu elə zamanlar olmuşdur ki, insanlar din əhlindən gördükləri hərtərəfli yaxşı rəftarları, gözəl ədəbləri və əxlaqlarının kamilliyi səbəbilə Allahın dininə dəstə-dəstə və camaatlar halında daxil olurdular.

Bir dəfə Əllamə şeyx Əbdül-Əziz ibn Bəzin (Allah ona rəhm etsin) bir söhbətini oxudum. O, orada Allaha and içərək deyir: “Bu gün müsəlmanların, əksinə, bütün dünyanın Allahın dininin çatdırılmasına, gözəlliklərinin izhar edilməsinə, həqiqətlərinin bəyan edilməsinə çox ehtiyacları vardır. Əgər dünya insanları İslamın həqiqətini bilsələr, onlar bu gün İslamı dəstələr halında qəbul edərdilər. Necə ki, Allah öz peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) Məkkənin fəthini açdı.” (Fətvalar toplusu 2/338)

O, doğurdan da çox doğru söyləmişdir. Mən özüm bir dəfə hindistanlı bir kişiylə görüşmüşdüm. Onun şəxsi səyi, dəvəti səbəbilə mindən çox hindistanlı İslam dinini qəbul etmişdir. Onların hamısı da ikisi birgə dəvət olunmadan tək-tək İslamı qəbul etmişlər. O, yalnız tək-tək dəvət edirdi. Onun dəvətdəki üslubu; Bu dinin gözəlliklərini, ədəblərini, kamilliklərini yaxşıca tanıtmaq idi.

Bir başqası isə; Əgər o, hindlilərdən biriylə qarşılaşardısa, çox zaman üzüntülü, qəmli və hüzünlü kimsələri və ya müəyyən problemə düşmüş insanları seçər, onunla birlikdə əyləşər, onun halından, problemindən xəbər tutar, sonra isə o kimsəyə İslamın bəzi gözəlliklərindən danışardı. O (hindistanlı dəvətçi) bir dəfə mənə dedi: “Onların çoxusuna əksər hallarda on beş dəqiqəlik bir söhbət, ən çoxu isə yarım saat bəs edirdi. Mən bir kəsi (dəvət etdikdə) İslamın gözəlliklərindən bəzilərini sadalayırdım, o da məndən bu dinə necə daxil olmağın gərəkdiyini soruşardı.” – O, “Müsəlmanlardan olmağın yolu nədir?” – deyən kəsə İslamı anladar, eləcə o kəs müsəlman olardı.

Həqiqətən də, biz İslam topluluğu, Məhəmməd ümməti əvvəlcə dinimizin gözəlliklərini bilməyə ehtiyaclıyıq. Onun şirin bulağına və təmiz mənbəyinə, onun kölgəsi altına qayıtmağa və onun şirinliyinə doymağa, İslam ədəbləriylə ədəblənməyə, Aləmlərin Rəbbinin bizi dəvət etdiyi əxlaqlara diqqət göstərməyə susamışıq. Biz hiss edirik ki, bu əxlaqlar bütün varlığı yaratmış olan Aləmlərin Rəbbinin dəvət etdiyi bir şeydir. O (subhənəhu və təala) Müdrikdir və yaratdıqlarını Biləndir. Biz Onun əmrlərinə tabe olub Ona itaət etməklə Rəbbimizin vacibat və haqlardan əmr etdiklərini yerinə yetirənlər üçün hazırladığı əcri və şərəfli vədlərin gerçəkləşməsini umuruq.

Sən gərək mütləq bu məsələyə diqqət yetirəsən. Çünki bu haqlara Allahın mükafatını istəyərək, dünya və axirətdə onun vədinin gerçəkləşməsini gözləyərək riayət və əda etməyin yalnız Allaha itaətdir. O mükafat və nemət
lər ki, tezləşdiriləcəkdir. Uca Allah (onlar haqqında) buyurur: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedizdiririk və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!” (əl-İnsən, 9)

Nə badə yaxşılıqda özünü hakim təyin edərək yalnız qarşılıq güdərək əta edən, gəlindiyi zaman gedən, əlaqənin kəsildiyi zaman əlaqəni kəsən olasan! Səhabələrdən biri peyğəmbərə (Allahın ona salavat və salamı olsun) dedi: “Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla qohumluq əlaqəsi qururam, onlar isə bu əlaqəni kəsirlər. Mən onlara yaxşılıq edirəm, onlar isə mənə pislik edirlər. Mən onlarla nəzakətli davranıram, onlar isə mənimlə kobudluqla rəftar edirlər.” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə ona qohumlarıyla əlaqəni kəsmək kimi məzəmmətli bir şeyi etməsini tövsiyyə etmədi. Baxmayaraq ki, onlar özləri o əlaqələri kəsirdilər. O (Allahın ona salavat və salamı olsun), ona yalnız “onlar əlaqəni kəssələr belə əlaqə saxlamağı” tövsiyyə etdi və ona (bununla) qazanacağı böyük nəaliyyəti və Allahın ona verəcəyi mükafatı xatırladaraq dedi: “Əgər sən dediyin kimi olarsansa, sanki, sən onlardan darqınlığı qaldırmış olarsan; Sən belə davam etdiyin müddətcə Allah tərəfindən olan yardımçı sənin yardımından ayrılmaz.” (Muslim/ 6440, Əbu Hureyrənin (Allah ondan razı olsun) hədisindən)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov