Əxlaq Fiqh İslamda ədəb qaydaları Məqalələr Müxtəlif

Hədiyyə — sevginin artmasına səbəb

hadiyyah

«Hədiyyə verin ki, bir-birinizi sevəsiniz.» (Hədis səhihdir, Sahihul Cəmi` əs-Sağır 3004, əl-Beyhəqi 6/169)

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanlar arasında sevginin güclənməsinin səbələrindən biri hədiyyədir. Hədiyyə — insanın öz malından könüllü olaraq digər insana əvəzsiz verməsinə deyilir.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bizləri bu əmələ təşviq edərək belə buyurmuşdur: «Ey müsəlman qadınlar, qonşu qonşuya (verdiyi şeyin az olmasını düşünüb), hətta qoyunun boyun ətini verməkdən çəkinməsin.» (Buxari 5/197/2566, Muslim 2/714/1030)

Digər hədisdə: «Hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»  (Hədis səhihdir, Sahihul Cəmi` əs-Sağır 3004, əl-Beyhəqi 6/169)

Həmçinin günümüzdə çox yayılmış məsələlərdən biri də, hədiyyəni alan kəsin, hədiyyənin kiçik olduğunu görüb hədiyyədən imtina etməsidir. Lakin əslən, hədiyyə kiçik olsa belə, onu qəbul etmək gərəkdir. Bu haqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: «Heyvanın qoluna və ya ayağına qonaq edilsəm, yaxud qolu və ya ayağı mənə hədiyyə edilsə (dəyərinin az olmasına baxmadan) qəbul edərəm.» (Buxari 5/199/2568)

Həmçinin də, bəzi hədiyyələr də, vardır ki, onlardan imtina etmək qadağan olunmuşdur. Bu barədə Əzrət ibn Səbit əl-Ənsari belə deyir: «Mən Suməmə ibn Abdullahın yanına daxil oldum. O, mənə ətir verdi. (Mən isə, «mən artıq ətirlənmişəm»- deyə cavab verdim.) O dedi: «Ənəs  ətirdən imtina etməz və Peyğəmbərin  də, ətirdən imtina etmədiyini deyərdi.» (Buxari 5/209/2582, ət-Tirmizi 4/195/2941)

İbn Ömərin  (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə isə Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)belə buyurur: «Üç şeydən: yastıq, ətir və süddən imtina olunmaz.» (Hədis həsəndir. Sunən ət-Tirmizi 2241, Tirmizi 4/199/2942)

Hədiyyə verdikdə isə, onun əvəzini qaytarmaq barəsində də, bəzi hədislər varid olmuşdur. Aişə (Allah ondan razı olsun) belə deyir: «Peyğəmbər hədiyyəni qəbul edər və onun əvəzini qaytarardı» (Buxari 5/210/2585, Abu Dəvud 9/451/3519)

Digər hədisdə isə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu əmələ insanları təşviq edərək belə buyurur: «Kimsə sizə bir yaxşılıq etsə onun əvəzini verin. Bir şey tapa bilməsəniz bunun əvəzini verdiyinizə tam qane olana kimi onun üçün dua edin.» (Hədisi ən-Nəsəi rəvayət etmişdir. Albani hədisin səhih olduğunu bildirmişdir)

Edə biləcəyimiz dua şəkillərindən biri də, «Allah səni xeyirlə mükafatlandırsın»-dır. Necəki, Usəmə ibn Zeyd Peyğəmbərin (Allahın ina salavat və salamı olsun)  belə dediyini rəvayət edir: «Bir kəsə yaxşılıq edilərsə və buna görə (yaxşılıq) edən kəsə «Cəzəkəllahu xayran «Allah səni xeyirlə mükafatlandırsın»» deyərsə, haqqı ilə tərifləmiş olar.» (ət-Tirmizi)

Hazırladı: Umm Cəuzə

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment