«Fəqih» intellektual oyunu

intellektual oyunu

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həqiqətən şükür və tərif yalnız Allaha məx­sus­dur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağış­lan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfs­­ləri­mizin şərin­dən və pis əməl­­­ləri­miz­dən qorun­maq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yo­la yönəldən tapıl­maz. Mən şahidlik edirəm ki, Allah­dan başqa ibadətə haqqı olan məbud yox­dur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçi­si­dir.

 “Ey iman gətirənlər! Allahdan layiqincə qor­xun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 102)

 “Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yara­dan və onlardan da bir çox kişi və qadın­ (törə­dib yer üzü­nə) yayan Rəbbi­niz­­dən qorxun! Adı ilə bir-biri­nizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan qor­xun və qohumluq əlaqə­­rini kəs­məkdən (çəkinin)! Həqi­qətən, Allah si­zə nə­zarət edəndir!” (ən-Nisa, 1)

 “Ey iman gətirənlər! Allahdan qorxun və doğ­ru söz söyləyin! (Əgər belə et­sə­­niz) Allah əməllər­inizi is­lah edər və günah­larınızı bağışla­yar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səa­dətə nail olar.” (əl-Əhzab, 70-71)

Hörmətli müsəlman qardaş və bacılar! Sizə təqdim etdiyimiz “Fəqih” İslam intellektual testi İslam dininin əsasları, peyğəmbərlərin – xüsusilə də peyğəmbərlərin sonuncusu və məxluqatın ən xeyirlisi olan Muhəmməd peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) həyatı və yaxınlarının həyatı – barədə suallarla zəngindir. O cümlədən bu intellektual testdə İslam tarixindən və alimlərin həyatından maraqlı hadisələr barədə suallar cəm olunmuşdur. Bu testi hazırlamaqda məqsədimiz müsəlman qardaş və bacılarımıza öz dinlərini daha da dərindən öyrənmək, İslam dininin bu günə qədər təbliğ olunmayan tərəfləri və incəlikləri ilə tanış olmaq imkanı verməkdir. Həmçinin dini bilgilərlə maraqlanan qeyri müsəlmanlarda İslam haqqında doğru təsəvvürün formalaşmasına nail omaqdır.

Sizə təqdim olunan “Fəqih” İslam intellektual testinin birinci variantında 1000-ə yaxın müxtəlif səpkidə suallar vardır. Test ümumilikdə 15 mərhələdən ibarətdir. Bu mərhələləri müvəffəqiyyətlə keçə bilməniz üçün sizə bir dəfə 50/50 və bir dəfə də keçiddən istifadə etmək imkanı verilir. 50/50 düyməsinin köməyi ilə iki yanlış cavab silinəcəkdir, keçid düyməsinin köməyi ilə sual eyni mərhələdən başqa sualla əvəz olunur. Sualların çətinlik dərəcəsi sualın mərhələsindən asılı olaraq dəyişir. Bundan əlavə Muhəmməd peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) adı cəkilən sual və cavablarda peyğəmbərin adından sonra salavat gətirmək lazımdır.

Onu da qeyd edək ki, əlinizdəki “Fəqih” İslam intellektual testi insan əməyinin bəhrəsidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya testin tərtibatının daha da gözəl, suallrının isə zəngin olmasını istəyirsinizsə ramil.soltanov@gmail.com elektron ünvanına yazın. Sizin irad və təklifləriniz testimizin növbəti versiyalarında nəzərə alınacaqdır. Bu işdə sizin də əməyinizin olmasını və savab qazanmağınızı istəyirsinizsə Allah xatirinə biliyinizi əsirgəməyin.

Sualları yığıb tərtib etdi: Mədinə şəhərindəki Beynəlxalq İslam Universitetinin məzunu Ramil Soltanov.

Proqram təminatı: Nazim Mehdiyev.

[highlight color=»eg. yellow, black»]Oyun haqqında məlumat: [/highlight]Əziz müsəlmanlar! Testi yüklədikdən sonra oyun zamanı yazılan yazılarda bütün şriftlərin oxunulması üçün «feqih-test» qovluğunda yerləşən [highlight color=»eg. yellow, black»]«AzeriLucida.otf» adlı şrifti öz kompyuterinizdə olan şriftlər içərisinə köçürün.[/highlight]
(Start — Control Panel — Fonts — Paste (boş yerdə sağ mışkanın sağ düyməsini sıxaraq)

Fəqih intellektual oyunu