Məqalələr Önəmli günlər Ramazan ayı

Ey Ramazanı səhlənkar keçirən! Heç olmasa son günləri dəyərləndir!

kkk
Müəllif - feqih

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ey Ramazanı səhlənkar keçirən! Heç olmasa son günləri dəyərləndir

Şeyx Saləh əl-Budeyr (15.09.1422 hicri)

Şübhəsiz ki, həmd Allahadır. Ona həmd edir, Ondan yardım və bagışlanma diləyərik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sğınırıq. Allah kimə hidayət verərsə onu heç kim azdıra bilməz. Kimi də azdırarsa ona hidayət verə bilən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur; O, Təkdir və şəriki yoxdur. Və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. Allahın xeyir duası Onun, ailəsinin, səhabələrinin  və qiyamət gününə kimi onların yolunu davam etdirənlərin üzərinə olsun.

«Ey iman gətirənlər! Allahdan haqqıyla qorxun və ancaq müsəlman olaraq ölün.» (Əli İmran 102)

«Ey insanlar! Sizi tək bir insandan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.» (ən-Nisə 1)

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.» (əl-Əhzəb 70-71)

Bundan sonra… Ey müsəlmanlar! Sizlər heç bir aya bənzəməyən uca və qiymətli bir ayın içindəsiniz ki, o vaxtların ən şərəflisidir. Fəzilətlərini saymaqla bitməz və bərəkətinin isə həddi hüdudu yoxdur. Qiymətləndirən üçün, qədir-qiymətini bilən üçün qazancları bol olan bir mövsümdür.  Bu ay asiçilik edən və günah işləyənlər üçün bir fəlakətdir. Ey müsəlmanlar! Ramazanın əvvəli və ortası bitdi. Külək kimi gəlib keçən fürsətləri qiymətləndirin və rəhmət qapıları  bağlanmadan içəri tələsin. Mümkün olduqca bu ayda vaxtlarınızı dəyərləndirməyə tələsin. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «İki nemət var ki insanlar o nemetlərin bahalığından qafildirlər. Boş vaxt və sağlamlıq.» Bu iki neməti dəyərləndirməmək sənə qınaq olaraq kifayət edər, o ki qaldı bunu Ramazanda etmək. Sizlərə imkan verdiyi üçün Allaha şükür edin. Ramazan getmədən əvvəl ibadət etməyə çalışın, bitmədən öncə tövbə etməyə tələsin. Ramazanın saatları qurtarır, vaxtları və gözəllikləri isə tükənir və daralır. Qonaqın ayrılmasına az qaldı… Oruc ayı gedir.. Yerdə qalan günlərdə yaxşı davran ki səhlənkarlıq etdiyinə görə bağışlanasan. Yerdə Qalan günləri  pis davransan, səhlənkarlıq etdiyindəndə və qalanından, yəni keçmişindəndə gələcəyindən də cavabdehsən. Ey müsəlmanlar! Ramazan sona çatmaq üzərədir. Allahın ipinə möhkəm sarılan, ayağının sürüşməsindən qorxan və Ramazanı ən yaxşı şəkildə qiymətləndirən xilas olar. Qafil və üsyankar olan isə, zillət və xəstəlik, kədər və peşmançılıq dəryasında batar gedər. Qarşı çıxanların  başına fəlakətlər gəldiyi gün, ehmalkarların və səhlənkarların ürəkləri dayandığı gün, günahkarlar yanaqlarında gözyaşlarıyla həşr edildiyi gün, asi günahkar qafillərə, oruc tutmayanlara yazığlar olsun! Uca Rəbbimiz qüdsi hədisdə belə buyurur: «Ey qullarım! Şübhəsiz bunlar sizin əməllərinizdir. Onları sizin ücün sayaram və qarşılıgını da verərəm. Kim bir xeyr tapsa Allaha həmd etsin. Kim də bundan başqa birşey (əməllərinin puç olduğunu və əzaba düçar olacağını) tapsa ancaq  öz nəfsini qınasın.» (Muslim).

Ey müsəlmanlar, fikirləşin. Keçən Ramazanda bizimlə olanlar indi  haradadır? Ölüm fəlakəti ömürlərini tükətib, onları orucdan məhrum etmədimi? Kəfənə sarılıb məzara qoyulmadılarmı? Üstləri torpaq ilə örtülmədimi? Həmçinin bizimlə birlikdə ayın başında oruc tutanlar haradadır? Ramazanın sonuna çatmaq ümüdü ilə, savab gözləyərək ayın başında ilişib qaldılar. Sonra ləzzətləri param parça edən ölüm  onlara gəldi. Lüks saraylardan qəbrin qarnına, yumuşaq döşəklərdən torpağın sərtliyinə nəql edildilər.  Ey Allahın qulları! Biz də onların arxasındayıq. Qəbrə girmək üçün sıradayıq. Heç kimsə qədərindən qaça bilməz. Heç bir bəşərin xilas ola bilmədiyi ölüm acısını xatırlayın. Ölumdən kimsə qurtulsaydı O da bəşərin ən şərəflisi Məhəmməd sallallahu əleyhi və səlləm qurtulardı. Lakin Allah belə buyurur: «Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən ölsən, onlar həmişəlik mi qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!» (əl-Ənbiyə 34-35)

Ey müsəlmanlar! Ölümün aparmaq istəyib də apara bilmədiyi  kim var? Kim qapısına sığındı da ölüm onu çıxarda bilmədi? Arzular və şəhvətlər arxasından qaçan və ölümün qarşısında çarəsiz qalmayan kim var? Kim uzun yaşamağı ümid etdi də ölüm ona mane olmadı? Hansı yaş həddi ölümün sürətini azaltdı? Hansı budaq gövdəsinin üzərində yüksəldi də ölüm onu qırmadı? Babalar və ataları aldı, qadınları dul, uşaqları yetim buraxdı. İstəyənlə istənilənin arasna girdi. Ey Allahın qulları! Sizi Ölümə qarşı qoruyacaq bir maneə yoxdur. Can bogaza yetişdiyində peşman olmadan öncə tövbə edin.

De: «Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir».  (əl-Cum ‘ə 8)

Ey Müsəlmanlar! Ramazan günləri zamanın baş tacıdır. Onda mərhəmət edilən rəhmətə çatmışdır. Onun xeyirindən məhrum olan isə həqiqətən məhrumdur. Onda (Ramazanda) axirət üçün hazırlıq etməyən təhqir olunmağı qəbul etmiş və buna layiq olmuşdur. Rəsulullah (Allahın ona salavat və salamı olsun) minbərə çıxaraq belə buyurur: «Amin, amin» Dedilər ki «Ey Allahın Rəsulu! Minbərə çıxdın və «amin, amin» dedin.» Buyurdu ki: «Cəbrayıl (Allahın ona salamı olsun) mənə gəldi və «Ramazana çatıbda bağışlanmayaraq Cəhənnəmə girəni Allah rəhmətindən uzaqlaşdırsın. Amin de!» — dedi. Mən də «amin» dedim.» (İbni Huzeyfe və İbni Hibban). Bu hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) oruc tutmayana edilən bəd duaya «amin» dedi. Fikirləş ey insan Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sənə bəd dua edir. Ey bu Ramazanda səhlənkar davrananlar! Gələcək Ramazana qədər yaşayacağınıza zəmanətiniz varmı? Bu ayın haqqını verin. Gizli və acıq hallarınızda Allahdan haqqıyla qorxun. Bilin ki üzərinizdə ömürünüz boyunca sizə yoldaşlıq edən iki mələk vardır. Bütün əməllərinizi yazırlar. Sirlərinzinin gizli qalmayacağı bu mələklərin yanında gunah pərdələrini açmayın. Ey Müsəlmanlar! Ramazan günlərini ucaltmaq və qorumaq, onlara dəyər vermək və kicik görməmək lazımdır. Özünüzü boş söz və baxışdan çekindirdiniz mi?

Əzalarınızı əyləncədən və günahlardan çəkindirdiniz mi?  insan bu dünyada bir yolçudur. Azuqən yolçunun azuqəsinə uyğun oldumu? Yoxsa siz də bu ayda qəzəbə uğrayanlardan, günahlar edib dunyaya bağlananlardan mısınız? Sanki onlar dunya üçün yaradılmışdırlar. Sanki onlar əməlləri müqabilində cənnət və cəhənnəmlə deyil, dünyanı itirib və yaxuq qazanmaq qorxusu ilə yaşayırlar. Belə insanlar həva və nəfsin yolunda özlərini bir köləyə çevirər. Sonda o müdür sayılan nəfs, ona itaət edən köləsini boğar və məhv edər. Allahdan başqasına qull olanların hər zaman aqibəti buna bənzər olur.

Zərərli işlərin sizə daha sevimli olmasından, günahların gözəl görsənməsindən çəkinin. Bu ayda gözlər qorunsun və dil, mühafizə edilsin. Bu, hər zaman vacibdir. Ramazan ayında isə daha çox vacibdir. Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Kim boş sözü və boş sözlə əməl etməyi buraxmazsa onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyac yoxdur.» (Buxari).  Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Nə qədər oruclunun orucundan nəsibi aclıq və susuzluqdur.» (İbni Xuzeymə). Cabir ibn Abdilləh əl-Ənsari (Allah ondan razı olsun) belə deyir: «Oruc tutduğunda qulağın, gözün və dilin də yalandan və haramlardan mədəndən qabaq dayansın.»

Qonşuya əziyyət etməyi burax. Üzərində bir ağırlıq və sükunət olsun. Oruc tutduğun gün ilə oruc tutmadığın gün eyni olmasın. Ey Allahın qulu! Sən oturarkən insanlar çalışdı. Sən uzaq dayanarkən insanlar ibadətlə Allaha yaxınlaşdı. Sən yatarkən onlar namaza qalxdı. Sən düşünməzkən onlar xatırladı. İbadətə qalxan insanlar aralarında toz kimi görülməz oldun. Salehlər siyahıya alınsaydı sənə orda yer tapılmazdı. Namaz yox, dua yox, tövbə yox, səmimiyyət yox. Gözlər qorunmadı, dil qorunmadı, qulaq qorunmadı, nəfs qorunmadı. Dəyərsiz bir qarşılıqla qurtuluşa çatacağınımı umursan? Yazığlar olsun sənin halına. Anan sənin bu gününə ağlasın ki, bu günahlarla qurtuluşu gözləyirsən. Salehlər Ramazan gecələrini sevinclə qarşıladılar. Yuxu ilə aralarına Allah qorxusu girdi. Yuxunu gözlərindən çıxardılar. Onların gözləri Allah qorxusuyla yaşla doldu və ürəkləri Onun qorxusuyla yumuşaldı. İnsanlar yatarkən onlar gecə qaranlığında Allaha ibadət edərlər. Onlar yaxşı insanlardır. Nə gunahkardırlar nə də fasiqlər…

Ey, qiymətli olan Ramazan gecələrini Allaha üsyanla, haramlarla, dəyərsiz və faydasız şeylərlə keçirən! Necə də ağlanılası halın var! Sən rəhmətdən qovulub uzaqlaşdırılarkən və məhrum buraxılarkən, tövbə edənlərin, gecə saatlarında namaz qılıb və Allah rizasını əldə etdiyini görərsən. Özünlə onları müqayisə et. Hamıya mükafat verildiyi anda sənə bir şey çatmasa idi bu sənə sıxıntı olaraq bəs edərdi. Məyus olardın üzülərdin. Kaş ki sən mükafat çatmayanlardan olaydın. Səni ən böyük üzəcək şey isə qarşılaşdığın əzab olacaq. Getməkdə olan Ramazana arxadan, ətəyində də olsa yetiş. Oyun və əyləncəni bir kənara burax, salehlər karvanına qatıl. Fərz və nafilə ibadətlərlə Allaha yaxınlaş. Həyatını ibadətlə Allaha qulluqla doldur ki, Allah səni əfv etsin və bağışlasın. Heç olmasa Ramazanın qalan günlərdə təravih və gecə namazlarına mütləq qalx. Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Kim Ramazanda inanaraq və qarşılığını Allahdan gözləyərək (gecə namaza) qalxsa keçmiş günahları bağışlanar. Kim Qədr gecəsi inanaraq və qarşılığını Allahdan gözləyərək qalxsa keçmiş günahları bağışlanacaq.» (Buxari və Muslim). Və Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Bir kisi, imam bitirənə qədər onunla birlikdə namaz qılarsa ona bütün gecəni namazda keçirmiş kimi (savab) yazılar.» (Əbu Davud və digərləri rəvayət etmişlər).

Ey Müsəlmanlar! Ramazan ay Quran oxuma ayıdır. Quranın  ayələrini araşdıraraq duşünmək lazımdır. Hafizlərə və Quran oxuyanlara müraciət etməli və əzbər olan yerlər təkrarlanaraq möhkəmləşdirilməlidir. Gecə və gündüz çox Quran oxunmalıdır. Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Quranı təkrarlayın. Çünki o, heyvanın bağından xilas olmasından daha sürətli şəkildə insanların sinələrinə yox olar.» (Buxari), Muslimdəki rəvayətdə isə bu əlavə vardır: «Quranı əzbərdən bilən qalxar, gecə-gündüz onu oxusa xatırlayar. Qalxıb oxumasa onu unudar.»  Belə bir məsəl vardır: «Təkrar edilən dəyərlındirilər. Təkrar edilməyən isə qaçar.» Ey Müsəlmanlar! Allah Təala sizləri bu mübarək kitab ilə şərəfləndirmişdir. Onun ayələrini araşdırın və mənasını düşünün. Öyüdlərinə qulaq asın. Quran çox tez-tez oxuyaraq onunla yarışmaqdan çəkinin.  Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə rəvayət edir: Bir adam ona «Mən uzun surələri bir rükətdə oxuyuram» dedi.  İbni Məsud ona belə dedi: «Sürətli şer oxumaq kimi sürətlə də Quran oxumaq…» Biraz susdu sonra belə dedi: «Şübhəsiz ki elə Quran oxuyan insanların oxuduqları boğazlarından aşağı keçməz. Lakin ürəyə düşüb orada yerləşərsə fayda verər.» Muslimin rəvayətində isə belə deyir: «Quranı şer  kimi sürətlə oxumayın. Önəmli yerlərin üzərinde durun. Onunla ürəkləri hərəkətə gətirin. Sizdən birinizin düşüncəsi, fikri, zikri tez Quranın və yaxud  surənin sonuna çatmaq olmasın.» Ey Müsəlmanlar! Keçmiş alimlər (Allah onlardan raz olsun) Quranı çoxlu xətm edərdilər. Ramazan gəlincə vaxtın şerəfi səbəbiylə bunu daha da artırardılar. «Cəbrayıl (Allahın ona salamı olsun) Rəsulullah (Allahın ona salavat və salamı olsun) ilə Ramazanda hər gecə görüşər, Onunla Quranı təkrarlayardı.» (Buxari və Muslim). Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həyatının son ilində Cəbrayıl (Allahın ona salamı olsun) Ona iki dəfə Quranı oxudu.

Ey Allahın qullar! Bənzərsiz Quran aşıqlərinin heyrət verici heyatlarına nəzər salaq. Abdullah ibn İdrisə (Allah ona rəhmət etsin) ölüm gəlincə qızı ağlayar. Abdullah qızına belə deyər: «Aglama ey qızım! Bu evdə Quranı dörd min dəfə xatmetdim.» Subhənəllah «Nə mükəmməl bir nəsil və nə gözəl bir yol!«

Ey İslam ümməti! Bu gün Allahın kitabı aranızda oxunur və dinlənir. Əgər Quran bir dağın üzərinə endirilsəydi siz onu boyun əyərək parça parça olduğunu görərdiniz. Görəsən biz Onun yolun ilə layiqincə  gedə bilirik mi? Hər işimizdə Onu tətbiq edə bilirikmi? Gizli və aşkarda olan işlərimiz də Onun hökmünə müraciət  edə bilirik mi?

Qurana və sünnəyə zidd olan kiçik və böyük hər davranış, hər yenilik və çaşqınlıq, öz sahibinə günah qazandırır. Belə məlumatları tapıb gətirmək istəyənə təhlükə, tapıb gətirənə isə qiyamət günü zərər və ziyan vardır.. Quran və Sünnəni yaşamaq həyatda bizə dərs verdi. Yaşamayanların ibrətamiz hadisələri və cəzalandırılmaları ilə həyat doludur. Var gücünüzlə və öyünərək Allahın Kitabna sarılın. Dunya sizi, üzərinizdə fərz olanları yerinə yetirməkdən yayındırmasın. Çünki dünyanın Allah qatında ağcaqanadın qanadı qədər belə dəyəri yoxdur.

Ey Müsəlmanlar! Ramazan ayı cəhənnəmdən azad olma ayıdır. Bədbəxtlik və məhrumiyyətin məğlub olduğu və zəfərin əldə olunduğu aydır. Əbu Umamə (Allah ondan razı olsun), Rəsulullahın (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Hər iftarda Allah Əzzə və Cəllənin cəhənnəmdən azad etdikləri vardır.» (Əhməd və Tabərani). Əbu Səid əl-Xudri (Allah ondan razı olsun), Rəsulullah (Allahın salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Şübhəsiz ki, Allah Təbarakə və Təalanın  hər gecə və gündüz azad etdikləri vardır.» Yəni Ramazanda bacardığınız qədər özünüzü nəfsinizin şərrindən azad etdirməyə və qurtarmağa çalışın, nəfslərinizin islahını Allahdan satın almağa calışın. Bu ticarətin qiyməti isə Ramazanı imanla, savabını  Allahdan umaraq, günahlardan çəkinərək oruc tutmaqdır.

Ey müsəlmanlar! Bu vaxtlar, tövbə və istiğfarla yanıb yaxılmaq, boyun əyib yalvarmaq və  Allahdan bağışlanma diləmə vaxtıdır. Bu zaman, günahların bağışlanma zamanıdır. Bu ay tövbə ayıdır.  Bu ay Ramazandır. Qapısı çalınanda, döyüləndə Kərim olan Allahın cavab verdiyi, günahkarlara qapısını açdığı aydır. Allah Kitabında belı buyurur: «Ey iman gətirənlər! Səmimi bir tövbə ilə Allaha donun!» (ət-Təhrim 8) Ey Allahın qulları əgər Tövbə qapısına yönəlsəniz onu açıq taparsınız. Bədəninizlə və ruhunuzla Cənnətin əvəzini ödəyin. Ömrünüz olduğu müddətcə Allaha yönəlin.

Ey Allahın qulu! Gunahların çoxluğunda və böyüklüyündə buludlara, gözün ən son görə biləcəyi məsafəyə kimi çatsa da, saysız qədər çox olsa da, tərəddüd etmədən tövbə et! Çünki Allah tövbə edənin tövbəsini qəbul edər və səhvlərini bağışlayar. Ənəs (Allah ondan razı olsun), Rəsulullahın (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: «Ey Adəmoğlu! Sən mənə dua edib, (əfvimə) ümid etdikcə, mən sənin hər nə günahın olsa, səni bağışlayaram. Ey Adəmoğlu! Sənin günahın Səmanın buludları qədər belə olsa, sonra mənə dönüb səni bağışlamağım üçün yalvarsan, günahlarının çoxluğuna baxmaram, səni bağışlayaram. Ey Adəm oğlu! Mənə yerlər dolusu xata ilə gəlsən, sonunda heç bir çeyi şərik qoşmadan mənə qovuşsan, səni yer dolusu məğfirətimlə qarşılayaram.» (Tirmizi)

Əbu Musa əl-Əşari rad yallahu anh, Rəsulullahın (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edər: «Şübhəsiz ki, Allah gündüz günah edənin tövbə etməsi üçün gecə əlini acar. Gecə günah edənin tövbə etməsi üçün gündüz əlini açar. Ta ki Günəş batdığı yerdən doğana qədər.» (Muslim). Ey Müsəlmanlar! Allaha tərif edərək, günahını etiraf edib təsdiq edərək, günahını tərk edərək, bir daha da o günaha dönməməyi əzm edərək tövbə edilsə, Allah o günahı silər. Günahdan tövbə edən günahı olmayan kimidir. Ölüm gəlmədən oncə tövbə etməkdə tələsin. Ölüm gəlincə ömürünüz uzatılmaz. O gün, üzrxaxlıq və tövsiyələr fayda verməz. «Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin. Ola bilsin ki, bəlkə, nicat tapasınız.» (ən-Nur 31)

VA ƏQULU HƏZƏL QOUL,  VASTƏĞFİRULLAHƏ Lİ VA LƏKUM İNNƏHU KƏNƏ TÖVVABƏR RAHİMƏ.

Allah məni və sizləri Uca Quran ilə mübarək etsin. bizlərə bəxş etdiyi yaxşılıqlara görə  Allaha həmd olsun. nemətləndirməsi səbəbilə Ona Şükürlər olsun. Allahdan başqa ilah olmadığına Şəhadət edirəm. O, Təkdir və şəriki yoxdur, sanı ucadır. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur.

Bundan sonra…Ey Allahın qullar! Allahdan haqq yola qorxun və Onu yada salın. Ona itaət edin və Ona üsyan etməyin. «Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.» (ət-Tövbə 119)

Ey müsəlmanlar! ..Etikaf, faydası çox və məqsədi uca olan bir sünnədir. Etikafın məqsədi, qulun insanlarla əlaqəni kəsməsi və yaradıcısına yönəlməsidir. Etikaf nəfsə təsir və onu tərbiyə edər. Qəlbi islah edər və təmizləndirər. Aişə (Allah ondan razı olsun) belə deyir: «Rəsulullah (Allahın ona salavat və salamı olsun), vəfat etdirincəyə qədər Ramazanın son on günündə etikafa girərdi. Ondan sonra zövcələridə itikafa girdilər.» (Buxari və Muslim)

İmam Zuhri (Allah ona rəhmət etsin) belə deyər: «Müsəlmanların halına təəccüblənirəm. Peyğəmbər (Allahın ona salavat və salamı olsun), Mədinəyə gəlməsindən, vəfat etməsinə qədər etikaf tərk etməməsinə baxmayaraq müsəlmanlar onu tərk edirlər.» Ey Müsəlmanlar! Etikafın hökmlərini öyrən. Etikaf girilən məscidin ədəbinə və hörmətlə yanaşın. Sizdən kim etikafa niyyət etsə keçmiş alimlərin çoxunun etdiyi kimi iyirmi birinci günün gecəsi günəş batmadan əvvəl itikaf edəcəyi məscidə girsin.

Ey Müsəlmanlar! Dərdlərə və sıxıntılara düçür olmuş, başlarına bəlalar və müsibətlər gelmiş inanc və din qardaşlarım var. Qanları günahsızca axan və düşmənlərin əziyyəti altında aciz qalan,  hər cür qırğın, əzab və işkəncə görən qocalar, uşaqlar və qadınlar var. Zəifliklərinə və yaşlılıqlarına, göz yaşlarına acımadan qətl edilən 1000`lərlə müsəlman var. Əllərinizi açaraq yalvarın və müxtəlif ibadətlərlə Allaha yönəlin. Zəfiləmiş və yurdlarından qovulmuş  qardaşlarımıza Allahda fərac və mərhəmət  diləyin. Bilin ki Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Şübhəsiz ki, hər bir müsəlmanın, hər gün və gecə qəbul edilən bir duas vardır.» Allah Əzzə və Cəllə üçün duadan daha qiymətli bir şey yoxdur. İnsanların ən acizi duadan aciz Olandır. Qədəri ancaq dua geri çevirər.Və bilin ki, Allah sizə əvvala özünün başladığı, ikinci olaraq mələkləri və üçüncü olaraq da sizlərə əmr etdiyi salavat barəsində belə  buyurur: «Şübhəsiz ki, Allah və Onun mələkləri Peyğəmbərə salavat edərlər. Ey iman gətirənlər! Siz də Ona salavat və çoxlu salam gətirin.» (əl-Əhzəb 56)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Elman Qasımov 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment