Fiqh Məqalələr Müxtəlif Tibb

«Dum xurmas»ının faydaları

date

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Dum xurması çox faydalı bitkidir. Bir çox xəstəliklərin müalicəsində ərəb ölkələrində istifadə olunur və xalq təbabətinin ən məşhur bitkilərindən hesab olunur. Bu ağacın hündürlüyü bəzən 30 metrə çatır. Qədimdə Misir fironlarının ən çox istifadə etdiyi bitkilərdən biri olmuşdur və hətta onların qəbirlərindən belə bu bitkinin qalıqları tapılırdı. Bu ağac Misirdə bir çox yerlərdə, Ərəbistan yarımadasında isə Cəzan və Rabiğ əyalətlərində yetişir. Qədim mənbələrdə də bu bitkinin faydaları qeyd olunmuşdur. Ölçüsü adi xurmadan çox böyükdür və sərtdir. Adi qayda ilə yeyilmir, çünki, bazarlarda quru və sərt şəkildə satılır. Bu faydalı bitkinin faydaları ilə oxucuları tanış etmək istədik və bu məqsədlə kiçik bir məqalə hazırladıq.

Duum دوم xurmasının bəzi faydaları:

 Yüksək qan təzyiqi zamanı və bədən tempraturunun aşağı olduğu zaman qanın bədəndəki temperaturunu normallaşdırır.

 Həzm sistemini, böyrəyi, qaraciyəri və ağciyəri təmizləyir.

 Davamlı öskürəyin və astmanın müalicəsində istifadə olunur.

 Boğaz ağrılarının müalicəsində istifadə olunur.

 Nəfəs yollarının iltihabını müalicəsində istifadə olunur.

 Qanda xolestrinin miqdarını azaldır.

 Kişilərdə cinsi zəifliyin müalicəsində və spermada spermatozoidlərin sayını artırılmasında aydın bir təsiri vardır.

  Prostat şişlərinin müalicəsində istifadə olunur.

 Sidik kanalındakı yanğılara və sidik kanalından qan gəlməsi hallarında, dişlərin möhkəmləndirilməsində və qan damar sisteminin yaxşılaşdırılmasında istifadə olunur.

 Tərkibində «niasin» adlı vitamin vardır ki, bu insanın yuxusuzluq xəstəliyindən xilas olmasına yardım edir.

 İştahı artırır.

 Tərkinində «A» vitamini var ki, bu da gözlərin sağlamlığı və tiroit vəzilərinin aktivliyi üçün çox faydalıdır.

  Həmçinin, tərkibində «B» vitamini vardır ki, bu da Animiya (qan azlığı) xəstəliyindən qoruyur.

 Bir çox saç xəstəliklərinə faydalıdır.

 Qadınlarda sonsuzluğun müalicəsində istifadə olunur. Sonsuzluğun müalicəsində «dum»un içi əzizlir və balla qatışdırılır və gündəlik bir qaşıq miqdarında qəbul edilir.

 Günvurmadan qoruyucu xüsusiyyətə malikdir

 Saç keçəlləşməsinin qarşısının alınmasında faydalıdır.

 Dum xurmasının sıxılmış suyu bədəndəki çilləri, ləkələri təmizləyir, cüzam xəstəliyinin dəmrova bənzər yaralarla müşayiət olunan bir növünü də Allahın iznilə sağaldır

BƏZİ XƏSTƏLİKLƏR ÜÇÜN İSTİFADƏ QAYDASI:

 İstifadə zamanı əzilir, balla, südlə və s. qatqılarla qatışdırılıb istifadə edilir. Dum xurması sərt olduğu üçün isti suda dəmlənib yumşaldıqdan sonra yeyilə bilər.

 Yüksək qan təzyiqi və qızdırmalar zamanı: Süngər lifinin qabığı dum xurmasıyla birgə əzilir və qarışdırılıb toz halına salınır, sonra da yaxşı qarışdıraraq bir stəkan suya bu qatqıdan 3 qaşıq tökülür və yaxşı qarışdırılır. Gün ərzində bu sudan 3 dəfə içilir.

 Astmanın müalicəsində isə: Dum xurmasının sərt tumları odda yandırılır, sonra əzilir. Sonra bir stəkan qaynar suya bir çay qaşığı miqdarında bu əzilmiş tumdan tökülür və 10 dəqiqə gözlənilir. Sonra da sülülüb təmizlənir və bu sudan gündə 3 dəfə içilir.

 Bu bitkinin sıxılmış suyu da istifadə olunur. Qədimdə dum xurmasını əzib məcun şəklində də yemək kimi yeyərdilər.

 Qadınlarda sonsuzluğun müalicəsində istifadə olunur. Sonsuzluğun müalicəsində «dum»un içi əzizlir və balla qatışdırılır və gündəlik bir qaşıq miqdarında qəbul edilir.

Ümidvarıq ki, bu gözəl bitkinin bu qədər faydaları barədə eşidən yerli araşdırmaçılar və mütəxəssislər bu bitkinin təsirlərini araşdırıb vətəndaşlarımızın xidməti və sağlamlığı üçün bir töhfə edəcəklər.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment