Məqalələr

Dəvətin mənası və mahiyyəti

devet

Dəvətin əsasları maddəsindən silsiləvi məqalələr.

 

Dəvət sözünün lüğəvi və istilahi mənası və dəvət dedikdə nə qəsd olunur?

Lüğəvi mənalarından:

1-Nida (çağırmaq)

2-Həvəsələndirmək.

3-Cəlb etmək.

 

Dəvətin tərifi

Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) “Dəvət”ə gözəl tərif vermişdir:

«Dəvət: Allaha, Onun Elçilərinə iman etməyə, (Elçilərin) verdikləri xəbərləri təsdiqləyib əmr etdiklərinə itaət etməyə çağırmaqdır. Bu da özündə kəlimeyi- şahadətə, namaz qılmağa, oruc tutmağa, həcc etməyə dəvət etməyi, eləcə də Allaha, Onun Mələklərinə, Kitablarına, Elçilərinə, Axirətə, qədərin xeyirinə və şərrinə inanmağı,  həmçinin qulun Rəbbinə Onu görürmüş kimi ibadət etməsinə dəvət etməyi ehtiva edir.

 

İstilahi mənasına gəldikdə isə Qurani-Kərimdə və Sünnədə bir neçə termində işlənmişdir.

Bunlardan:

1- Təbliğ etmək:

Allahu Təala buyurur:

{يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ}

“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.” (Maidə surəsi 67)

“Abdullah ibn Amrdan gələn hədis də Peğəmbər (Sallahu aleyhi və Səlləm) belə buyurur: «Məndən bir ayə olsa belə təbliğ edin (çatdırın).» (Səhih Buxari, 3461).

2- Öyərətmək:

Allahu Təala buyurur:

{كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِنْكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ}

“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.” (Bəqərə surəsi 151)

“Muaz (RadiyAllahu anu) deyir ki, Peyğəmbər (Sallahu aleyhi və Səlləm) məni Yəmənə göndərdikdə belə dedi: «Həqiqətən sən kitab əhlindən olan bir qövümə gedirsən, qoy sənin ən birinci dəvət etdiyini şey Kəlimeyi şəhadət(Allahdan başqa haqq Məbud olmamağı və mənim Allahın Rəsulu olmağım) olsun, əgər bunda sənə itaət etsələr, öyrət ki, Allah onların üzərinə hər gün beş vaxt namaz qılmağı fərz etmişdir, əgər bunda sənə itaət etsələr bildir ki, Allah onların üzərinə varlılarından imkansızları üçün zəkat götürməyi fərz etmişdir. Əgər itaət etsələr, mallarının ən yaxşı hissəsini götürməkdən çəkin və məzlumun duasından qorx. Həqiqətən onun duası ilə Rəbbi arasında heç bir maneəyə yoxdur.” (Müslim/19, Buxari/1395).

3-Yaxşılığı əmr edib pislikdən çəkindirmək:

Allahu Təala buyurur:

{وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ}

“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” (Əli Imran surəsi 104).

4- Bəyan (İzah) etmək:

Allahu Təala buyurur:

{بِالْبَيِّنَاتِ وَالزُّبُرِ ۗ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ}

“Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.” (ən-Nəhl surəsi 44)

5- Çatdırmaq:

Allahu Təala buyurur:

{وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ}

“Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.” (əl-Qasas surəsi 51).

 

Maqalədən çıxan ümumi nəticə:

1) Dəvətin lüğəvi mənalarından bəziləri nida (çağırmaq), həvəsləndirmək və cəlb etməkdir;

2) Dəvətin elmi tərifini öyrəndikdə məlum olur ki, dəvət sözü Quran və Sünnədə öyrətmək, bəyan (izah) və təbliğ etmək və çatdırmaqdır;

3) Dinimizdə dəvət sözünün hansı mənada işləndiyi bizə məlum oldu.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi