Məqalələr

Dəvət etməyin fəziləti və əhəmiyyəti – (3-cü hissə)

devet-3 копия

6- Allah Azzə və Cəllə bu ümməti dəvət etdiklərinə görə ən xeyirli ümmət adlandırıb. Uca Rəbbimiz buyurur:

كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ ۗ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ ۚ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ

“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.” (Ali İmran surəsi, 110).

Sələfilərdən bəziləri demişdir: «Bu ümmət məhz bu sifətinə (yaxşılığı əmr edib pislikdən çəlindirdiklərinə) görə digər ümmətlərdən üstün edilmişdir».

7) Dəvət etmək qurtuluşa səbəbdir. Necə ki, Allahu Təala “Əsr” surəsində bütün insanların ziyan içərisində olmasını xəbər verdikdən sonra dörd qrup insanı; elm öyrənəni, əməl, dəvət və səbir edəni istisna edir. Allahu Təala buyurur:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَالْعَصْرِ

Mərhəmətli və rəhimli Allahın adı ilə!

And olsun axşam çağına!

إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ

Həqiqətən, insan ziyan içərisindədir.

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbirli olmağı tövsiyə edənlərdən başqa.” (Əsr surəsi, 1-3)

8) Bir insanın sənin əlinlə hidayətə gəlməsi, sənin üçün bu dünyadakı ən bahalı minikdən daha  xeyirlidir.

Peyğəmbər (Sallahu aleyhi və Səlləm) Allaha and içərək, Əliyə (Allah ondan razı olsun) belə demişdir: “Allaha and olsun ki, sənin əlinlə bir insanın hidayətə gəlməsi, sənin üçün qırmızı dəvədən daha xeyirlidir.”

Alimlər bu hədisin şərhində deyir ki, qırmızı dəvə Peyğəmbərin (Sallahu aleyhi və Səlləm) vaxtında ən bahalı minik sayılırdı. Bunu da dövrümüzdəki, ən bahalı minik kimi başa düşmək olar.

 

Məqalədən çıxan ümumi nəticə:

1) Bu ümmət, yaxşı işləri əmr edib pis işlərdən çəkindirdiyinə görə, başqa ümmətlərdən üstün edilmişdir;

2) Dəvət etmək qurtuluşa səbəbdir;

3) İnsanları dəvət etməyin çox fəzilətli və əhəmiyyətli olması bizə məlum oldu.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi