Önəmli günlər Seçilmişlər

Cümə günü edilən əməllər

cume-gunu-edilen-emeller

Təmizliyə diqqət yetirmək…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Təmizliyə diqqət yetirmək:
çimmək
gözəl geyinmək
ətirlənmək
misvak istifadə etmək
dırnaqları kəsmək

2. Cümə namazı qılmaq
Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə:9)

3. Kəhf surəsi oxunmaq
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurub: «Kim cümə günü Kəhf surəsini oxuyarsa onun üçün iki cümə arasında bir nur olar» (Hakim, Şeyx Albani səhihləşdirmişdir, «İrvaul Ğalil», 626)

4. Salavat oxumaq
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Hər kim mənə bir salavat deyərsə, Allah o kimsəyə on salavat deyər.» (Muslim)

5. Dua etmək
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istə­yər­sə, şübhəsiz, Allah ona istədiyini verər.» Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi”. (Muslim, 852).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

jumua

[button color=»eg. red» link=»http://www.feqih.com/wp-content/uploads/2016/02/jumua.png» target=»_blank»]Şəkili yüksək keyfiyyətdə yüklə (1.06 Mb)[/button]