Dua və zikrlər

Borclardan qorunma

dua_16
Müəllif - feqih

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Borclardan qorunma

Əbu Uaildən rəvayət olunurki, bir dəfə Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) yanına, öz ağası ilə (özünü azad etmək üçün) müqavilə bağlamış bir insan gəlib dedi: “Ey möminlərin əmiri! Mən bağladığım müqavilənin şərtlərini yerinə yetirə bilmirəm, mənə kömək et!” Əli ona dedi: “Sənə, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) (vaxtı ikən) mənə öyrətdiyi kəlmələri öyrədimmi? Sənin üzərində dağlar qədər borcun olsa belə, Allah sənin əvəzinə o borcu ödəyər! De: “Allahım, Sənin halal etdiyin şeylərin vasitəsi ilə məni haramdan və Sənin rəhmətin sayəsində məni Səndən başqasından asılı olmaqdan azad et!” ət-Tirmizi, 3563; əl-Hakim 1/538. Şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişdir.

أَللَّهُمَّ اكْفِنِي بِحَلاَلِكَ عَنْ حَرَامِكَ، وَ أَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ

/Allahummə-kfini bihələlikə ‘ən həramikə, uə əğnini bifədlikə ‘əmmən siuək/.

[audio: http://www.feqih.com/audio/dua-zikr/qoruyan-emeller/27.mp3] Yüklə

Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) Muaza (Allah ondan razı olsun) dedi: “Sənin Uhud dağı boyda belə borcun olsa, Allahın sənin əvəzinə onu ödəməsi üçün, Allaha müraciət olunan kəlmələri öyrədimmi?! De ey Muaz: “Ey mülk sahibi olan Allahım! Sən istədiyinə mülk verir, istədiyindən də alırsan. Sən istədiyini yüksəldir, istədiyinidə alçaldırsan. Bütün xeyr-bərəkət Sənin Əlindədir. Həqiqətən Sən hər bir şeyə qadirsən. Sən bu dünyanın və axirətin Rəhmanısan və onlar üçün rəhimlisən. Sən dünya və axirətdə istədiyini verən və istədiyinidə haram edənsən. Mənə elə bir rəhm ilə rəhm et ki, mən başqasının rəhminə möhtac olmayım”. At-Tabarani “as-Sağir”. Hədisin səhih olduqunu hafiz əl-Munziri və eyx əl-Albani təsdiq etmişlər.

اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاءُ وَتُعِزُّ مَن تَشَاءُ وَتُذِلُّ مَن تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ، رَحْمَنُ الدُّنْيَا وَالآخِرَةِ وَرَحِيمُهُمَا، تُعْطِيهِمَا مَنْ تَشَاءُ، وَتَمْنَعُ مِنْهُمَا مَنْ تَشَاءُ، اِرْحَمْنِي رَحْمَةً تُغْنِينِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاك

/Allahummə məlikil-mulki tu`til-mulkə mən təşəu uə tu‘izzu mən təşəu uə tuzillü mən təşə, biyədikəl xayr innəkə ‘alə külli şeyin qadir. Rahmənu-d-dunyə uəl-əxirah uə rahimuhumə tu‘tıhima mən təşə uə təmnə‘u minhumə mən təşə, irhamni rahmətən tuğnini bihə ‘ən rahməti mən siuək/.

[audio: http://www.feqih.com/audio/dua-zikr/qoruyan-emeller/28.mp3] Yüklə

Aişədən (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) namazın sonunda təslimdən əvvəl deyərdi: “Allahım, günah və borclardan sənə sığınıram!”. əl-Buxari, 832.

أَللَّهُمَّ إِنِّي أَعُوذُبِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ

/Allahumma inni ‘əuzu bikə minəl-mə‘səmi uəl-məğram/.

[audio: http://www.feqih.com/audio/dua-zikr/qoruyan-emeller/29.mp3] Yüklə

Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun): “Sən niyə tez-tez borcdan Allaha sığınırsan?” – deyə soruşduqda, o dedi: “Həqiqətən borclu insan danışdıqda, aldadar, söz verdikdə isə, sözünə xilaf çıxar”. əl-Buxari, 832.
Neçə-neçə hallarda borclu insanlar fırıldaqçılara çevrilib və əksər hallardada özlərinə intihar etmişlər. Allah bizləri qorusun!

Sauban (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Üç şeydən: təkəbbürlükdən, qənimətdən bir şeyin oğurlanmasından və borcdan aralanaraq dünyasını dəyişən kimsə, Cənnətə daxil olacaqsır”. ət-Tirmizi, 1572. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment