Aktual Müxtəlif Seçilmişlər

Allahın məhəbbətini (sevgisini) qazandıran 10 səbəb

allahin-mehebbetini-qazandiran-10-sebeb
Müəllif - feqih

Quranı oxuyub tədəbbür edərək mənasını anlmağa çalışmaq…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

[checklist]
  • Quranı oxuyub tədəbbür edərək mənasını anlamağa çalışmaq;
  • Fərzləri yerinə yetirməklə bərabər nafilələrlə Allaha yaxınlaşmaq;
  • Hər bir halda qəlblə, dillə və əzalarla Allahı zikr etməkdə davamlı olmaq. Allahı zikr etməyin nə qədər çox olarsa, Allahın məhəbbətindən payın da bir o qədər çox olar;
  • Allahın sevdiyi şeyi öz nəfsinin sevdiyi şeydən üstün tutmaq;
  • Qəlbinlə daima Allahın ad və sifətlərini düşünmək, onların mənasını bilmək. Kim Allahı ad və sifətləri, felləri ilə tanıyarsa şəkk yoxdur ki, Allahın sevgisinə nail olacaqdır;
  • Allahın qullarına etdiyi yaxşılıqları və ehsanı düşünmək. Allahın gizlində və aşkarda verdiyi nemətləri xatırlamaq. Çünki bunlar Allahın məhəbbətini qazandıran səbəblərdəndir;
  • Allahın qarşısında qəlbini sındırmaq;
  • Allah Təalənin dünya səmasına endiyi vaxtda Onunla tək qalmaq, Onu çağıraraq dua etmək, Quran oxumaq, Allah qarşısında qulluğa yaraşan şəkildə ədəblə durmaq. Bu əməlləri də sonda tövbə və istiğfarla tamamlamaq;
  • Allahın sevdiyi sadiq qulları ilə oturub durmaq. Onların gözəl kəlamlarından faydalanmaq. Danışanda da məsləhət olarsa və o söhbətdə özünə və başqalarına fayda olarsa danışmaq;
  • Allahla sənin qəlbin arasında maneə yaradan hər bir şeydən uzaq durmaq!
[/checklist]

İbnul Qayyimin «Mədəricus Səlikin» kitabı, 3/18

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Emin Hacıyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment