Dua və zikrlər

Allah bəndəsini qoruyan əməllər (+audio)

dua_0
Müəllif - feqih

“Dua — ən gözəl ibadətdir”

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Müqəddimə

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun, Yalnız müsəlman olduğunuz halda ölün». (Əli-İmran 102)
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisə 1)
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzəb 70-71)

Bundan sonra:
Müqəddəs Quran və səhih sünnə hər növ şərdən qorunmaq üçün bir çox əməllərə işare etmişdir. Allahın izni ilə onlardan bəzilərini bu kitabçada toplamaq mümkün olmuşdur. Zikr etdiyimiz əməllərdən ən mühüm olanı duadır. Dua ən gözəl ibadət növlərindən biri olmaqla, qədəri dəyişdirə biləcək yeganə bir ibadətdir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Qədəri dua kimi dəyişdirən bir şey yoxdur”. (ət-Tirmizi, 2\20; Əhməd 5\277. Hədis həsəndir. Bax “əs-Silsilə əs-sahih” 154.)

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) həmçinin buyurmuşdur: “Dua — ən gözəl ibadətdir”. (əl-Həkim, ibn Sə‘d. Hədis həsəndir. Bax “əs-Silsilə əs-sahih” 1579; “Səhih əl-cəmi” 1122. )

Allahım bu kitabı onu oxuyan hər bir insan üçün xeyrli və bərəkətli et!

Məzmun:

  1. Məzmun
  2. Küfür və şirkdən qorunma
  3. Allah cəzasından qorunma
  4. Cəhənnəmdən qorunma
  5. Qəbr əzabından qorunma
  6. Dəccaldan qorunma
  7. Bəla və fəlakətlərdən qorunma
  8. Cin-şeytanlardan qorunma
  9. Vəsvəsə və şübhələrdən qorunma
  10. İnsanlar içində düşmənlərdən qorunma
  11. Zalim hökmdardan qorunma
  12. Xəstəliklərdən qorunma
  13. Allahın qəzəbindən və pis ölümdən qorunma
  14. Bədnəzərdən qorunma
  15. Pis yuxudan qorunma
  16. Narahatçılıq və kədərdən qorunma
  17. Borclardan qorunma
  18. Təhlükəli heyvan və həşəratlardan qorunma
  19. Hiddət və qəzəbdən qorunma
  20. Hər bir şərdən qorunma
  21. Allahın muhafizəsini və himayəsini təmin edən əməllər
Ədəbiyyat
  1. “Təfsirul-Quranil-‘Azım” İbn Kəsir
  2. “Sunan Abi Davud”.
  3. “Sunan ət-Tirmizi”.
  4. “Sunan an-Nəsai”.
  5. “Sunan İbn Məcə”.
  6. “Əl-Adabul-Mufrad” Abu Abdullah əl-Buxari.
  7. “ ‘Amalül-yaumi ya-lleylə” İbn əs-Sunni.
  8. “Fəthul-Bari şərh Səhih əl-Buxari” İbn Həcər əl-Əskalani.
  9. “Şərh Səhih Muslim” Yəhya ibn Şərəf ən-Nəvavi.
  10. “Əl-Əzkar” ibn Şərəf ən-Nəvavi.
  11. “Riyadu-Ssalihin min kəlami saidil-mursalin” ibn Şərəf ən-Nəvavi.
  12. “Buluğul-Məram” İbn Həcər əl-Əskalani.
  13. “Zədul-Məad fi hədi xayrul-‘ibad” İbn Qeyyim əl-Cauziyə.
  14. “Silsilətul-Əhədis-Səhihə” Muhammad Nasıruddin əl-Əlbani.
  15. “Səhihul-Cəmi‘i-ssağir” Muhammad Nasıruddin əl-Əlbani.
  16. “Səhihu-ttarğibi ua-ttrxib” Muhammad Nasıruddin əl-Əlbani.
  17. “Səhih əl-Azkar” Salim əl-Hiləli.
  18. “Uiqayatul-insan minəl-cinni ua-şşeytan” Abdussalam Bali.
  19. “Hisnul-muslim” Səid əl-Qəhtani.
  20. “əd-Du‘a min Kitabi ua-Ssunna” Səid əl-Qəhtani

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı