Əxlaq

Aid olmayan məsələlərə can atma!

photo4

Sənə aid olmayan şeyi danışma və bil ki bu, nəfsə çox ağır gəlir!.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

«Sənə aid olmayan məsələlər haqqında danışmağa can atma!» – bu söz Nəbəvi bir tərbiyənin üsullarındandır..

“Sənə aid olmayan” – dedikdə, bu elə bir şeydir ki, sussan, əvəzində bir günah yazılmaz və sənə bir zərər toxunmaz. Məsələn, bir qrup camaatla birgə oturub söhbət edərkən, etdiyin səyahət haqqında danışmağın.. Oradakı ağaclar, dağlar vəya kiminləsə görüşməyin haqqında danışmağın belə buna adi ola bilər..

Əgər danışdığın əhvalatda qiybət, riya və məzəmmət olmasa belə, bu – vaxtının boş yerə sərf edilməsindən başqa bir şey deyil. Hətta, bu azmış kimi, qarşındakı insanın da, vaxtını zay etmiş olursan.

Həmçinin, bir qardaşına: “Sən oruclusan?” – deyə verdiyin sual da, buna aid ola bilər.. Beləki, əgər qarşındakı insan: “Bəli, orucluyam” – desə, onun bu əməli gizli əməllər siyahısından çıxar. Şübhəsiz ki, gizli şəkildə edilmiş xeyirli bir əməl, aşkar bir şəkildə edilmiş əməldən daha xeyirli, daha fəzilətlidir. Əgər həmin şəxs: “Xeyr, oruclu deyiləm” – deyərsə, yalan danışmış olar.  Əgər cavab verməsə, sənə hörmətsizlik etmiş olar. Beləliklə, sən onu ya riyaya, ya yalana, yada məşəqqətə sürükləyirsən..

Həmçinin, qarşı tərəfdən sənə aid olmayan bir şey haqqında soruşman.. Qarşındakı insan sənin sualına cavab verməyə həya edir (lakin sən, bunu anlamırsan və ya anlamaq istəmirsən)..

Bura həmçinin, sənin bir qardaşını görərkən ondan: “Haradan gəlirsən?” – deyə verdiyin sual da, aid ola bilər.  Beləki, ola bilsin qarşı tərəfə, sənin bu sualına cavab verməyə mane olan bir səbəb olsun. Əziz qardaşım, sən belə etməklə qardaşının yalan danışmağına səbəb ola bilərsən..

Ey müsəlman qardaşım, sənə aid olmayan şeyi danışma və bil ki bu, nəfsə çox ağır gəlir!..

Bu yazının bəzi qismlərində “İhyə” adlı kitabdan istifadə olundu.

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment